• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 7-də “Gülüstan” sarayında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə ümumi təhsil məktəbləri və peşə liseylərinin şagirdləri arasında təşkil olunmuş inşa yazı müsabiqəsinin nəticələrinə dair mərasim keçirilib.

Mərasimdə tanınmış ziyalılar, millət vəkilləri, bir sıra dövlət qurumlarının, təhsil müəssisələrinin rəhbərləri, müəllim, şagird və valideynlər iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov müasir dövlətçiliyimizin banisi, ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünün ölkəmizin hər yerində, eləcə də xaricidə geniş qeyd olunduğunu bildirib. Nazir qeyd edib ki, Təhsil Nazirliyinin Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə gerçəkləşdirdiyi müsabiqəyə ümumi təhsil məktəbi və peşə liseylərinin 700 minədək şagirdi qatılıb. Müsabiqənin 3 mərhələdə–məktəb, rayon (şəhər) və respublika (yekun) mərhələlərində keçirildiyini söyləyən Misir Mərdanov bu bilik yarışmasına şagirdlərin böyük maraq göstərməsini əlamətdar hal kimi dəyərləndirib, bunun ulu öndərin xatirəsinə ehtiramın parlaq ifadəsi olduğunu bildirib. Təhsil naziri müsabiqədə 5 nəfərin I, 8 nəfərin II, 13 nəfərin III, 54 nəfərin isə həvəsləndirici yerə layiq görüldüyü haqda məlumat verib, bütün təşkilatçılara və bilik yarışmasının keçirilməsində zəhməti olanlara təşəkkür edib.
Müsabiqənin eyni şərtlər daxilində Naxçıvan Muxtar Respublikasında da keçirildiyini nəzərə çatdıran nazir qaliblərin inşa yazılarından ibarət “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı kitabın çap olunduğunu qeyd edib. Bu il ilk dəfə olaraq müsabiqəyə Rusiya Federasiyasının Həştərxan vilayətindən də şagirdlərin qatıldığını bildirən Misir Mərdanov fərqlənən məktəbliləri səmimi qəlbdən təbrik edib, onlara uğurlar arzulayıb.
Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev, Həştərxan şəhər 11 nömrəli orta məktəbin direktor müavini Tatyana Klenkova müsabiqənin əhəmiyyəti barədə fikirlərini bildiriblər. Qeyd olunub ki, ulu öndərin zəngin irsinin, ideyalarının gənc nəsil tərəfindən öyrənilməsi onların müsbət mənəvi keyfiyyətlərə yiyələnməsinə xidmət edir.
Sonda müsabiqə qaliblərinə xüsusi diplomlar, mükafat və müxtəlif qiymətli hədiyyələr təqdim olunub.


8 il əvvəl