• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 2-də Təhsil Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə anım mərasimi keçirilib.

Anım mərasimində Təhsil Nazirliyinin əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov respublikamızın hər yerində, bütün idarə və müəssisələrdə, dövlət qurumlarında, həmçinin təhsil ocaqlarında müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini söyləyib. Azərbaycanın bugünkü möhtəşəm nailiyyətlərinin ulu öndərin adı ilə bağlı olduğunu vurğulayan nazir Heydər Əliyevin parlaq ideyalarının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd edib.
Ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurların təsadüfi olmadığını önə çəkən təhsil naziri Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın mühüm xidmətlər göstərdiyini nəzərə çatdırıb. Misir Mərdanov son illər dünyada baş verən tənəzzül və iqtisadi böhran şəraitində respublikamızın inkişaf ahənginin qorunub saxlanılmasını zəruri amil kimi səciyyələndirib və davamlı sosial-iqtisadi tərəqqinin Azərbaycanın bütün bölgələrində aydın şəkildə hiss olunduğunu bildirib.
Ulu öndərin zəngin həyat və fəaliyyətinin gənc nəslə çatdırılmasının zəruriliyindən söz açan nazir bu baxımdan xalq artisti, tanınmış kinorejissor Vaqif Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi sənədli filmlərin təhsil müəssisələrində nümayiş etdirilməsi təşəbbüsünü irəli sürüb. Misir Mərdanov ümummilli liderin həyat yolunun, onun vətənpərvərliyinin, xalq yolunda göstərdiyi fədakarlıqların gənclərə əsl mənəviyyat dərsi olacağına əminliyini ifadə edib.
Ulu öndər Heydər Əliyev haqqında çəkilmiş sənədli filmlər barədə ətraflı məlumat verən xalq artisti, tanınmış kinorejissor Vaqif Mustafayev ümummilli liderin həyatının hamı tərəfindən olduqca maraqla qarşılanan cəhətlərinə toxunub. V.Mustafayev Heydər Əliyev haqqında çəkilmiş “Əsl məhəbbət haqqında” filminin sənədli filmlər tarixində ilk dəfə beynəlxalq mükafata layiq görüldüyünü vurğulayaraq bu uğurun əsasən, ulu öndərin həyatının zənginliyi və dərin fəlsəfəsi ilə bağlı olduğunu bildirib.
Heydər Əliyev haqqında çəkilmiş sənədli filmlərin təhsil müəssisələrində nümayiş etdirilməsi təşəbbüsünü dəstəkləyən xalq artisti bunu gələcəyimiz olan uşaqların milli ruhda formalaşmasına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. V.Mustafayev Azərbaycan təhsilinin ulu öndər tərəfindən əsası qoyulmuş inkişaf yolunun uğurla davam etdirildiyini bildirərək xarici ölkələrin universitetlərində təhsil alan azərbaycanlı gənclərin yüksək nailiyyətlər qazandıqlarına və onların ölkəmizi layiqincə təmsil etdiklərinə diqqət çəkib.
Sonra ulu öndər Heydər Əliyev haqqında çəkilmiş “Tale” və “Əsl məhəbbət haqqında” sənədli filmləri nümayiş olunub.


8 il əvvəl