• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

26-27 aprel 2012-ci il tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində Bolonya prosesinə üzv ölkələrin təhsil nazirlərinin konfransı keçirilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyini konfransda təhsil nazirinin müavini Qulu Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Konfransın ev sahibi olan Rumıniya ilə yanaşı, Azərbaycan və Danimarka Bolonya prosesinə həmsədrlik çərçivəsində iclaslara sədrlik ediblər.
Qeyd edək ki, konfransın əsas məqsədi Avropa Vahid Ali Təhsil Məkanı çərçivəsində üzv ölkələrin təhsil sistemlərinin inkişafı və dünyanın digər regionları ilə ali təhsil sahəsində əməkdaşlığın genişləndirməsi məsələlərinin müzakirəsindən ibarət olub. Konfransın açılış mərasimində Rumıniya prezidenti Trayan Basesku da iştirak edib.
Açılış mərasimində Azərbaycan Respublikası təhsil nazirinin müavini Q.Novruzov çıxış edib. Təhsil nazirinin müavini tədbir çərçivəsində, həmçinin bir plenar iclasa və işçi qrupunun iki sessiyasına sədrlik edib.
Konfransın yekununda bir neçə mühüm sənəd, o cümlədən Avropa Vahid Ali Təhsil Məkanına üzv ölkələrin təhsil nazirlərinin bəyannaməsi qəbul olunub. Bəyannamədə Avropa ölkələrinin təhsil sistemlərinin gələcək inkişaf istiqamətləri öz əksini tapıb. Bu sənəddə, həmçinin ali təhsil sahəsində diplomların qarşılıqlı tanınması mexanizmlərinin sadələşdirilməsi, təhsilin keyfiyyətinin artırılması, təhsilin maliyyələşdirilməsi və digər bir sıra mühüm məsələlərlə bağlı mövqe bildirilib.
Tədbir zamanı Avropa Komissiyasının təşəbbüsü ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanla Avropa Komissiyası arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi aparılıb. Bu məqsədlə Azərbaycan nümayəndə heyəti ilə Avropa Komissiyasının rəhbərliyi arasında işçi görüşü keçirilib.
Konfransın yekununda nazir muavini Qulu Novruzov yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri üçün tədbirin nəticələrinə həsr olunmuş mətbuat konfransında iştirak edib.


8 il əvvəl