• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Avqustun 20-də Təhsil Nazirliyində xarici ölkələrin ali məktəblərində təhsil alan tələbələrlə görüş keçirilib.

Görüş iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycanın iqtisadiyyatı kimi ölkəmizin elmi, təhsili və mədəniyyəti də geniş inteqrasiya proseslərinə cəlb olunub. Nazir deyib ki, mövcud intellektual potensialın zənginləşdirilməsi zərurəti Azərbaycanın elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırır, xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyaları sahəsində bilikləri mənimsəyən və beynəlxalq diplomatik təcrübəyə yiyələnən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacın ödənilməsini tələb edir.
Ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın 2007-ci ildən etibarən uğurla həyata keçirildiyini söyləyən Misir Mərdanov proqramın əsas məqsədinin rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət olduğunu diqqətə çatdırıb. Dövlət Proqramı çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsinin nəzərdə tutulduğunu vurğulayan nazir bildirib ki, 2007-ci ildə xaricə 74 tələbə, 2008-ci ildə 120 tələbə göndərilmişdisə, 2009-2010-cu dərs ilində bu göstəricinin 250 nəfərə çatacağı gözlənilir. Növbəti tədris ilində azərbaycanlı tələbələrin Dövlət Proqramı çərçivəsində 20-dən artıq ölkədə təhsil alacağını qeyd edən təhsil naziri Dövlət Proqramına uyğun olaraq xaricə göndərilən tələbələrin ümumi sayının 450-yə çatacağını, ötən 2 il ərzində göndərilən tələbələrdən artıq 8-nin məzun olduğunu, 35 nəfərin isə bu il təhsillərini başa vuracağını söyləyib.
Təhsil naziri Misir Mərdanov onu da bildirib ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən və idarə olunan xaricdə təhsil proqramları ilə 1000-dən çox azərbaycanlı gənc xaricdə təhsil alır və onlardan 832 nəfəri Təhsil Nazirliyinin bir sıra ölkələrlə imzaladığı ikitərəfli müqavilə və sazişlər çərçivsində təhsillərini davam etdirir.
Daha sonra çıxış edən xarici işlər nazirinin müavini Hafiz Paşayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, xalq yazıçısı Çingiz Abdullayev, Almaniyada yaşayan tanınmış azərbaycanlı professor Məsud Əfəndiyev, xarici işlər nazirinin müavini Vaqif Sadıqov, Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov, ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov xaricdə təhsil alan azərbaycanlı gənclərin elmi biliklərə dərindən yiyələnmələrinin vacibliyindən, onlara göstərilən dövlət qayğısının əhəmiyyətindən, hər bir ölkədə Azərbaycanı layiqincə təmsil etmələrinin zəruriliyindən söz açıblar. Qeyd olunub ki, neft kapitalının insan kapitalına çevrilməsi məsələsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul olunduğu Azərbaycanda gəncliyin müasir tələblər səviyyəsində yetişməsinə ayrılan vəsait ölkənin, xalqın firavan gələcəyinin daha etibarlı təminatına zəmin yaradır.
Onlara göstərilən diqqət və qayğıdan, ölkə rəhbəri cənab İlham Əliyevin gənclərin ən ümdə arzularının reallaşmasına xidmət edən siyasətindən razılıqla bəhs edən xaricdə təhsil alan tələbələr yaxşı bir mütəxəssis kimi yetişmək üçün var qüvvələrini sərf edəcəklərini bildirib, gələcəkdə Azərbaycanın sosial-iqtisadi, elmi və mədəni inkişafına layiqli töhfələr verəcəklərinə əminliklərini ifadə ediblər.  


8 il əvvəl