• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Oktyabrın 1-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətində Almaniya universitetlərinin Təhsil Yarmarkası çərçivəsində sərgi keçirilib.

Qonaqları salamlayan təhsil naziri Misir Mərdanov ölkələrimiz arasında mövcud olan çoxtərəfli əlaqələrin son illər daha da inkişaf etdiyi nəzərə çatdırıb və bu sərginin keçirilməsini respublikamızın təhsil həyatında mühüm hadisə kimi dəyərləndirib. Nazir sərgidə Almaniyanın 22 ali məktəbinin 30-a yaxın nümayəndəsi ilə birgə həmin ölkədə təhsil alan azərbaycanlı tələbələrin bir qisminin də iştirak etdiyini bildirib. Təhsil naziri Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycanda həyata keçirdiyi layihələrdən, təşkilatın ayırdığı təqaüdlərdən söz açaraq bu istiqamətdə görülən işlərdən danışıb.
Nazir çıxışının sonunda Köln Universitetinin professoru Rza Talibinin əlaqələrin inkişaf etdirilməsi sahəsindəki xidmətlərini xüsusi qeyd edib və iştirakçılara uğurlar arzulayıb.
Alman Akademik Mübadilə Xidməti təşkilatının Şimal bölgəsi üzrə Baş Direktoru Anet Julius və Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Per Stankina çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən bəhs ediblər.


8 il əvvəl