• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 23-də “Park-İnn” otelinin “Dan ulduzu” zalında "Sabahın alimləri" Respublika müsabiqəsinin açılış mərasimi keçirilib.

Tədbiri təhsil naziri Misir Mərdanov açaraq keçirilən müsabiqənin əhəmiyyətindən bəhs edib. Ölkəmizdə ilk dəfə təşkil olunan bu tədbirin əsas məqsədinin yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək və onlardan 5 nəfərini seçib ABŞ-da hər il keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə–İNTEL ISEF-ə göndərmək olduğunu söyləyən nazir belə bir mötəbər yarışda azərbaycanlı şagirdlərin uğurla iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
Hər bir ölkənin tərəqqisinin həmin ölkədə elmin və təhsilin inkişafından asılı olduğunu bildirən təhsil naziri Azərbaycanda güclü elmi potensialın mövcud olduğunu nəzərə çatdırıb. Elm və təhsilin inkişafına və gənclərə qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu söyləyən Misir Mərdanov bu məsələlərin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanıldığını xüsusi qeyd edib. Nazir İntel ISEF müsabiqəsi barədə fikirlərini söyləyib, 2011-ci ildə bu müsabiqəyə qatılmış ölkələrin sayının 65-ə çatdığını vurğulayıb.
Misir Mərdanov respublikamızda təhsil sahəsində aparılan islahatların, ümumi təhsil müəssisələrində tətbiq olunan kurikulumların yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin yetişdirilməsinə xidmət etdiyini, şagirdlərin tədqiqat aparması, yeni informasiya texnologiyalarından bəhrələnməsi üçün geniş imkanların yaradıldığını söyləyib. Nazir bildirib ki, ölkəmizin bir sıra orta ümumi təhsil müəssisələrində fəaliyyət göstərən Kiçik Akademiyalar şagirdləri məktəb illərindən elmi tədqiqatlara cəlb edərək onları yeni elmi axtarışlara sövq edir.
Azərbaycanda ilk dəfə keçirilən «Sabahın alimləri» müsabiqəsi barədə ətraflı məlumat verən təhsil naziri müsabiqəyə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri tərəfindən yerinə yetirilmiş tədqiqat layihələrinin təqdim olunduğunu bildirib. Misir Mərdanov onu da deyib ki, müsabiqəyə elmi dəstək verən Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyəti gələcəyin alimləri üçün elmi ünsiyyət mühitinin formalaşmasına xüsusi diqqət yetirib, şagirdlərə həmin təhsil ocaqlarının laboratoriyalarında müasir avadanlıqlardan istifadə etmək və elmi rəhbərləri ilə birgə tədqiqatlar aparmaq imkanı yaradılıb.
Nazir qeyd edib ki, müsabiqəyə təqdim olunmuş 47 elmi layihədən 18-i kollektiv, 29-u isə fərdi şəkildə hazırlanıb. Şagirdlərin elmi layihələrinin riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri kateqoriyaları üzrə qiymətləndiriləcəyini söyləyən Misir Mərdanov müsabiqəyə yalnız yeni elmi ideyası, eksperimentin, mühəndis layihəsinin texniki təsviri, innovativ kompüter proqramı vasitəsilə tərtib olunmuş layihələrin qəbul edildiyini vurğulayıb.
Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov, “Mədəd” təşkilatının icraçı direktoru Vüsal Xanlarov, İntel korporasiyasının MDB-də korporativ məsələlər üzrə direktoru Tatyana Nanayeva və başqaları son illər ölkəmizdə gənclərin hərtərəfli biliklərə yiyələnməsi, onların elmi potensialının üzə çıxarılması istiqamətində həyata keçirilmiş tədbirlərdən söhbət açıblar.
Onu da qeyd edək ki, fevralın 24-də keçiriləcək mükafatlandırılma mərasimində qaliblərə pul mükafatı, diplom və medal təqdim olunacaq. Münsiflər heyəti tərəfindən seçilən 5 şagird isə cari ilin mayında ABŞ-ın Pitsburq şəhərində keçiriləcək İntel ISEF müsabiqəsində iştirak etmək hüququ qazanacaq.


8 il əvvəl