• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 1-də Bakıdakı “Park İnn” otelində YUNESKO və Azərbaycan hökumətinin təşkilatçılığı ilə “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları: siyasət, pedaqogika, sosial vərdişlər” mövzusunda ikigünlük beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransın əsas məqsədi biliyə əsaslanan cəmiyyətdə müəllimlərin başlıca kompetensiyaları (İKT, pedaqoji və sosial kompetensiyalar) əsasında onların peşəkar inkişafı ilə bağlı strategiya, istiqamət və təcrübə ətrafında fikir mübadiləsinin aparılmasıdır.
Tədbirin təşkilatçıları YUNESKO, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir. Konfransın Azərbaycanda keçirilməsinin təşəbbüskarı YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutudur.
Qeyd edək ki, YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun (TİTİ) əsas məqsədlərindən biri təhsildə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə proqramların işlənib hazırlanmasına və reallaşdırılmasına dəstək göstərmək, həm bütün dünyanın, həm də ayrı-ayrı ölkələrin tələblərinə istiqamətlənən proqramlar həyata keçirməkdir. Öz statusu və funksiyaları çərçivəsində TİTİ bütün səylərini ömürboyu təhsil və tədrisə yardım imkanlarının genişləndirilməsi, informasiya texnologiyaları sahəsində milli potensialın gücləndirilməsi, təhsildə rəqəmsal qeyri-bərabərliyin aradan qaldırılması və hamının təhsil ala biləcəyi cəmiyyətin formalaşmasına dəstək göstərilməsi istiqamətinə yönəldir.
TİTİ, həmçinin texniki-peşə təhsili sahəsində İKT-nin tətbiqi üzrə geniş təcrübə toplayıb. 2001-ci ildə institut tərəfindən “Texniki-peşə təhsilində informasiya və kommunikasiya texnologiyaları” layihəsi həyata keçirilib və bu istiqamətdə bir sıra mühüm nəticələr əldə edilib.
Konfransda Türkiyə, Rusiya, Malayziya, Slovakiya, Finlandiya, Niderland, Ukrayna, İtaliya, Litva və Belarusdan olan beynəlxalq ekspertlər və yerli mütəxəssislər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov öncə iştirakçıları təhsil naziri Misir Mərdanovun adından salamlayaraq ölkəmizdə İKT-nin və digər sahələrin inkişafında mühüm rol oynayacaq bu konfransın əhəmiyyətindən söz açıb. Nazir müavini bildirib ki, Azərbaycanda həyata keçirilən inkişaf strategiyası dünyanın ən qabaqcıl təcrübəsinin öyrənilməsi və təhsildə daha səmərəli tətbiq edilməsi məsələlərinin əhəmiyyətini artırıb.
Ölkəmizdə İKT-nin inkişafı ilə bağlı atılan addımlara toxunan Q.Novruzov bu baxımdan qəbul edilmiş sənədlərin icrası sayəsində əldə olunmuş uğurlara diqqət çəkib. Son illər İKT-nin tətbiqi ilə bağlı kadrların hazırlanması, elektron təhsil və elektron idarəetmənin həyata keçirilməsi məqsədilə bir sıra nailiyyətlər əldə edildiyini vurğulayan nazir müavini “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər haqqında məlumat verib.
Tədbirdə çıxış edən  Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun direktoru Dendev Badarç konfransın əhəmiyyətindən danışıblar.
Tədbir plenar iclaslar və müəllimlərin İKT sahəsində kompetensiyaları, açıq təlim resursları və peşə təhsilinin inkişafı mövzuları üzrə işçi qruplarda müzakirələr aparılmaqla davam etdirilib.
Konfrans dekabrın 2-də öz işini davam etdirəcək.


8 il əvvəl