• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Noyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin akt zalında tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, əməkdar elm xadimi, professor Abbas Zamanovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi tədbiri giriş sözü AMEA-nın prezidenti Mahmud Kərimov açaraq bildirib ki, zəngin elmi fəaliyyəti ilə Abbas Zamanov milli ədəbiyyatşünaslığın bir məktəb kimi formalaşması və inkişaf etdirilməsi sahəsində təqdirəlayiq xidmətlər göstərib.
Təhsil naziri Misir Mərdanov Abbas Zamanovun Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli simalarından biri olduğunu nəzərə çatdırıb, onun yüksək ixtisaslı kadrların azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda yetişdirilməsində böyük xidmətləri olduğunu vurğulayıb. Nazir deyib ki, Abbas Zamanovun Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin inkişafındakı xidmətləri danılmazdır. Təhsil naziri daha sonra Abbas Zamanovun Bakı Dövlət Universitetindəki fəaliyyətindən, onun tələbələr və professor-müəllim heyəti arasında yüksək nüfuz qazanmasından söhbət açıb.
Sonra tədbir iştirakçılarına Abbas Zamanovun 100 illiyinə həsr olunmuş film nümayiş olunub.
Filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov, filologiya üzrə fəlsəfə doktoru Akif Azalp, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev, professor Pənah Xəlilov, AMEA-nın müxbir üzvü Vəli Əliyev, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov görkəmli alim Abbas Zamanov haqqında xatirələrini söyləyib, onun bir insan, bir alim kimi vətən və xalq qarşısındakı xidmətlərindən söhbət açıblar.
Tədbirin sonunda professor Abbas Zamanovun nəvəsi Gülgün Rzayeva babasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.


8 il əvvəl