• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Noyabrın 29-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Slavyan Universitetində ali məktəb tələbələrinin XXII Respublika elmi konfransının və konfrans çərçivəsində «Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir» adlı müsabiqənin açılış mərasimi keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbiri təhsil naziri Misir Mərdanov açaraq tələbələrin Respublika elmi konfransının ölkəmizin ali məktəblərində təhsil alan gənclərin elmi-tədqiqat işlərinə marağının artırılmasına, elmi araşdırmalarının nəticələrini məruzə etməyə, elmi fikir mübadiləsi aparmağa imkan və şərait yaratdığını bildirib. Nazir konfransın əlamətdar bir tarixi məqama–Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün qeyd olunması dövrünə təsadüf etdiyini deyərək bu il həmin əlamətdar hadisənin ölkəmizdə dövlət səviyyəsində, həmçinin respublikamızın hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunduğunu nəzərə çatdırıb.
XXII Respublika elmi konfransının fərqli cəhətlərinə toxunan təhsil naziri konfrans çərçivəsində «Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir» adlı müsabiqənin də keçirilməsinin qərara alındığını qeyd edib. Nazir müstəqilliyimizin 20 illik inkişaf yolundan danışaraq bu illər ərzində ölkəmizin bütün istiqamətlərdə olduğu kimi, elm və təhsil sahəsində də ciddi uğurlar əldə edildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Misir Mərdanov vurğulayıb ki, məhz ulu öndər Heydər Əliyevin Azərbaycanda xalqın təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, təhsil sektorunda da əsaslı dəyişikliklər, bir sıra müsbət nəticələr qazanılıb.
Bu illərdə milli təhsil quruculuğuna, təhsilin və elmin inkişafına, istedadlı uşaqlara göstərilən diqqət və qayğıdan söhbət açan nazir hazırda ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq işlərin uğurla davam etdirildiyini diqqətə çatdırıb. Misir Mərdanov ölkə başçısının rəhbərliyi ilə  Azərbaycan təhsili və elminin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən, gənclərin yüksək bilik və təhsil almaları üçün yaradılan şəraitdən bəhs edib, «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində görülən işlərdən danışıb. Hazırda Azərbaycandan kənarda təhsil alan azərbaycanlıların sayının 10000-i keçdiyinə diqqət çəkən təhsil naziri ölkəmizin ali məktəblərində təhsil alan əcnəbilərin sayının isə 7 min civarında olduğunu bildirib.
Tələbələrin XXII Respublika elmi konfransı haqqında danışan Misir Mərdanov qeyd edib ki, ildən-ilə tələbələrin bu tədbirə marağı artmaqdadır. Bununla bağlı  statistik rəqəmləri diqqətə çatdıran nazir ötən il 360, bu il isə 21 dövlət və 4 qeyri-dövlət ali təhsil müəssisəsindən 454 məruzənin konfransa təqdim edildiyini vurğulayıb.
İkigünlük konfransın 17 bölmə üzrə davam edəcəyini bildirən nazir «Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir» adlı müsabiqə barəsində də ətraflı danışıb. Təhsil naziri qeyd edib ki, müsabiqənin birinci mərhələsindən keçən 28 məruzənin dinlənilməsi və qiymətləndirilməsi nəzərdə tutulur.
Misir Mərdanov ali məktəb tələbələrinin elmi konfransının münsiflər heyətində respublikamızın tanınmış alim və pedaqoqlarının təmsil olunduğunu nəzərə çatdırıb, konfransın keçirilməsində əməyi olanlara təşəkkürünü bildirib. Sonra nazir elmi konfransın iştirakçıları olan tələbələrə bir sıra dəyərli tövsiyələrini verib, onlara uğurlar arzulayıb.
Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev belə bir elmi konfransa professor-müəllim heyətinin və tələbələrin böyük önəm verdiyini, məsuliyyətlə yanaşdıqlarını bildirib və konfrans iştirakçılarına müvəffəqiyyətlər diləyib.
Konfransın qaliblərinə Təhsil Nazirliyi tərəfindən diplom və pul mükafatları təqdim olunacaq.


8 il əvvəl