• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 7-də təhsil naziri Misir Mərdanov Koreya Respublikasının İdxal və İxracat Bankının Cənub-Qərbi Asiya qrupunun rəhbəri Janq-su Junun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Öncə qonaqları səmimi salamlayan nazir onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu qeyd edib. Azərbaycanla Koreya arasında mövcud olan əlaqələrdən söz açan Misir Mərdanov təhsil sahəsində də yaradılmış əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını nəzərə çatdırıb. Nazir Cənubi Koreyanın “DAEWOO” Şirkəti ilə Təhsil Nazirliyi arasında imzalanmış memoranduma əsasən Bakı şəhərində “Qabaqcıl texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılması” layihəsi üzrə işlərin artıq yekun mərhələdə olduğunu vurğulayıb. Misir Mərdanov Azərbaycanın peşə təhsili sisteminin müasir standartlar səviyyəsində təşkili və yaxın gələcəkdə sənaye müəssisələrinin ixtisaslı kadrlarla təmin edilməsi baxımından yaradılacaq Peşə Tədris Mərkəzinin xüsusi rolu olacağını qeyd edib. Təhsil naziri layihənin əhəmiyyətini və vacibliyini vurğulayaraq müvafiq sahədə aparılan işlərdən razılığını ifadə edib.
Koreya Respublikasının İdxal və İxracat Bankının Cənub-Qərbi Asiya qrupunun rəhbəri Janq-su Jun səmimi qəbula, layihəyə göstərilən maraq və diqqətə görə təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirib. Janq-su Jun koreyalı mütəxəssislərin müvafiq layihənin həyata keçirilməsi üzrə Azərbaycana bir neçə dəfə səfər etdiklərini və inşa ediləcək tədris kompleksi ilə bağlı ətraflı təhlillər aparıldığını qeyd edib. Daha sonra layihənin reallaşdırılması istiqamətində bir sıra müvafiq qurumlarda görüşlər keçiriləcəyini diqqətə çatdıran qonaq çıxışında bununla əlaqədar imzalanacaq müqavilə üzrə məsələlərə də toxunub, lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.
Təhsil naziri Misir Mərdanov layihənin uğurla həyata keçirilməsinə böyük önəm verdiyini qeyd edərək, göstərilən dəstəyə görə qonaqlara təşəkkürünü bildirib.
 Görüşdə “Qabaqcıl texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılması” layihəsinin reallaşdırılmasının iki ölkə arasında mövcud olan əlaqələrin inkişafına əlverişli zəmin yaradacağı vurğulanıb, müvafiq layihə üzrə imzalanacaq müqavilə sənədinin əhəmiyyəti nəzərə çatdırılıb.


8 il əvvəl