• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almaq məqsədilə elan olunmuş müsabiqə üçün elektron ərizə qəbulu başlanılıb

Azərbaycan Respublikası Təhsil Nazirliyi 2011-2012-ci tədris ilində Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq məqsədilə xarici ölkələrin ali məktəblərinə aşağıdakı ixtisaslar üzrə qəbul olunanların sənəd qəbulunu elan edir:  
- informasiya texnologiyaları;
- mühəndislik;
- neft sənayesi;
- tibb;
- riyaziyyat;
- fizika;
- biologiya;
- kimya;
- ekologiya;
- kənd təsərrüfatı;
- turizm;
- mühasibat uçotu. 
Müsabiqədə orta və ali məktəbdə təhsil aldığı dövrdə yüksək nailiyyətlər əldə etmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”na və “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na uyğun olaraq xarici ölkələrin ali məktəblərində təhsil alan və ya təhsil almağa dəvət (şərtsiz) almış Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilər.
I. Bakalavr dərəcəsi üzrə təhsil almaq məqsədilə müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. elektron ərizə (çap edilərək imzalanmış nüsxə);
2. 2011-2012-ci dərs ilində xarici ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qəbul haqqında müvafiq sənədin notariat qaydada tərcümə və    təsdiq edilmiş surəti və ümumi orta təhsil haqqında* və ya orta ixtisas   təhsili haqqında notariat qaydada təsdiq edilmiş sənədin surəti;
3. hazırda xarici ali təhsil müəssisəsində təhsil alanlar üçün müvafiq ali  məktəbdə təhsil almaq barədə təsdiqlənmiş   sənədin və transkriptin (fənlər üzrə akademik göstəricilər) notariat qaydada tərcümə və təsdiq   edilmiş surətləri; 
4. ölkənin ali təhsil müəssisələrinin bakalavr səviyyəsində təhsil alanlar üçün tələbə qəbulu üzrə aparılan test imtahanında göstərdiyi nəticələri  təsdiq edən sənəd, təhsil aldığı ali məktəb tərəfindən verilmiş arayış və transkript (fənlər üzrə akademik göstəricilər);
5. tələb olunan tədris dili imtahanının (TOEFL, IELTS və s.) və digər imtahanların verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notariat  qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda);
6. bitirdiyi ümumi orta və ya orta ixtisas təhsili və ya hazırda təhsil aldığı ali təhsil müəssisəsi tərəfindən rəsmi şəkildə təsdiqlənmiş tövsiyə məktubları (2 ədəd);
7. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);
8. sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış);
9. tərcümeyi-hal (CV) 
10. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil 
11. şəxsiyyət vəsiqəsinin surəti
12. ümumvətəndaş pasportunun surəti
*Qeyd. 2010-2011-ci dərs ilində orta məktəbi bitirən ərizəçilər orta təhsil haqqında sənəd (attestat) aldıqdan sonra müraciət edə bilərlər.
II. Magistratura, ordinatura, aspirantura, elmlər namizədi, rezidentura və elmlər doktoru dərəcəsi üzrə təhsil almaq məqsədilə müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. elektron ərizə (çap edilərək imzalanmış nüsxə);
2. 2011-2012-ci dərs ilində xarici ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qəbul haqqında müvafiq sənədin notariat qaydada tərcümə və    təsdiq edilmiş surəti;
3. hazırda xarici ali təhsil müəssisəsində  təhsil alanlar üçün müvafiq ali  məktəbdə təhsil almaq barədə təsdiqlənmiş  sənədin və transkriptin  (fənlər üzrə akademik göstəricilər) notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri;
4. ölkənin ali təhsil müəssisələrinin magistratura və digər səviyyələrində  təhsil alanlar üçün təhsil aldığı ali məktəb tərəfindən verilmiş arayış və  transkript (fənlər üzrə akademik göstəricilər);
5. işlədiyi müəssisədən və ya təhsil aldığı ali məktəbdən 2 ədəd tövsiyə  məktubları  (xaricdə təhsilin alan və ya işləyənlər üçün – notariat  qaydada tərcümə və təsdiq edilmiş surətləri);
6. notariat qaydada təsdiq edilmiş ali təhsil haqqında bakalavr, magistr  və ya elmlər namizədi diplomlarının əlavələrlə birlikdə surətləri  (xaricdə təhsilini başa vuranlar üçün – notariat qaydada tərcümə   və təsdiq edilmiş surətləri);
7. tələb olunan tədris dili imtahanının (TOEFL, IELTS və s.) və digər imtahanların verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notariat  qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda);
8. digər təhsil müəssisələrində, kurslarda, ordinatura, aspirantura və  magistraturada oxumağı təsdiqləyən sənədlərin notariat qaydada   təsdiqlənmiş surətləri (xaricdə təhsilini başa vuranlar üçün – notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri);
9. sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış);
10. elmlər namizədi və ya elmlər doktoru dərəcəsi almaq üçün xarici ölkədə təhsil almaq istəyən şəxslər üçün müvafiq sənədlərə əlavə olaraq tədris və tədqiqat işinə dair ümumi məlumat, həmçinin, məqalə, tezis, monoqrafiya, digər elmi nəşrlər və tədris-metodiki işlərin siyahısı;
11. tərcümeyi-hal (CV) 
12. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil 
13. şəxsiyyət vəsiqəsinin surəti
14. ümumvətəndaş pasportunun surəti
Qeyd. Bakalavrdan sonrakı təhsil səviyyəsi üçün müraciət edən, həqiqi hərbi xidmətə çağırışçı olan namizəd müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ aldığını təsdiq edən sənədi və ya hərbi xidmət keçdiyi halda, hərbi biletin notariat qaydada təsdiq olunmuş surətini təqdim etməlidir.
elektron ərizə formasını doldurub, çap edib imzalayaraq, müvafiq sMüsabiqədə iştirak etmək istəyənlər ənədlərlə birgə Təhsil Nazirliyində qeydiyyatlarını təsdiq etdirməlidirlər.
Müraciətlərin təsdiqi, elektron ərizə doldurularkən ərizəçilər tərəfindən seçilmiş qəbul vaxtlarında Təhsil Nazirliyində həyata keçirilir.
Qeyd. Təhsil Nazirliyinə təqdim olunmuş sənədlər geri qaytarılmır.
Müraciət üçün son müddət 20 avqust 2011-ci il. 
Əlaqə telefonları: 496-91-13; 496-33-11; 496-34-00 (daxili: 164; 260; 179)


2011-2012-ci TƏDRİS İLİ ÜÇÜN ELEKTRON ƏRİZƏ


8 il əvvəl