• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 27-də Dövlət İqtisad Universitetində Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə təşkil edilmiş tələbələrin XVI Respublika fənn olimpiadasının II turunun açılış mərasimi olub.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ilk öncə mərasim iştirakçılarını 28 May – Respublika günü münasibətilə təbrik edib. Müstəqil dövlətçiliyimizin qurucusu Heydər Əliyevin strateji siyasi kursu sayəsində Azərbaycanın indiki inkişaf səviyyəsinə yüksəldiyini vurğulayan nazir ulu öndərin layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyevin respublikamızın hərtərəfli tərəqqisi naminə gördüyü işlərdən söz açıb.
Azərbaycanda kifayət qədər istedadlı gənclərin olduğunu bildirən Misir Mərdanov azərbaycanlı tələbələrin xarici ölkələrin nüfuzlu ali məktəblərində uğurla təhsil aldığını nəzərə çatdırıb. Son illər ölkəmizdə gənclərin yüksək bilik və təhsil almaları üçün lazımi şərait yaradıldığını söyləyən nazir ölkə başçısının rəhbərliyi ilə xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı istiqamətində görülən işlər barədə geniş danışıb, bütün bunların Azərbaycan təhsilinin tərəqqisinə və gənclərə göstərilən qayğının bariz nümunəsi olduğunu vurğulayıb.
Təhsil naziri olimpiadanın ölkəmizin ali məktəblərində təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılmasına, istedadlı gənclərin aşkara çıxarılmasına xidmət etdiyini nəzərə çatdırıb. Misir Mərdanov fənn olimpiadasına marağın ilbəil artdığına diqqət çəkib, I turun nəticələrinə görə olimpiadanın yekun turunda 28 dövlət və 8 qeyri-dövlət ali təhsil müəssisəsindən 684 tələbənin iştirak etmək hüququ qazandığını qeyd edib. Nazir bildirib ki, olimpiadaya Bakı ilə yanaşı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran və Mingəçevirdə fəaliyyət göstərən ali təhsil müəssisələri də qatılıb.
Misir Mərdanov olimpiadanın yekun turunda tələbələrin 12 fənn üzrə (riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, fransız dili, alman dili və rus dili) biliklərini sınayacaqlarını qeyd edib. Təhsil naziri çıxışının sonunda XVI Respublika fənn olimpiadasının keçirilməsində əməyi olanlara təşəkkürünü bildirib, bilik yarışına qatılmış tələbələrə uğurlar arzulayıb.
Sonra təhsil nazirinin müavini İradə Hüseynova XVI Respublika fənn olimpiadasının təşkilati məsələləri ilə bağlı məlumat verib.
Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov, Bakı Dövlət Universitetinin professoru Məcnun Babayev, Bakı Slavyan Universitetinin prorektoru Məmməd Əliyev tələbələrin fənn olimpiadasının əhəmiyyəti barədə fikirlərini bildirib və son illər təhsil sahəsində qazanılmış nailiyyətlərdən söz açıblar.
Ali məktəb tələbələri belə bir möhtəşəm bilik yarışmasının təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.
Açılış mərasimindən sonra ali məktəb tələbələrinin XVI Respublika fənn olimpiadasının II turuna start verilib.
Onu da qeyd edək ki, olimpiadanın qaliblərinə Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən hədiyyələr, pul mükafatları və diplomlar təqdim olunacaq.


8 il əvvəl