• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 26-da Təhsil Nazirliyində ali məktəb tələbələrinin bədii-yaradıcılıq festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Elmar Qasımov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov çıxış edərək qaliblərə təbriklərini çatdırıb, onlara yeni-yeni uğurlar arzulayıblar.
Müsabiqədə I, II və III yerlərə layiq görülmüş tələbələr diplom və hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən bu ilin aprelində keçirilmiş ali məktəb tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş bədii-yaradıcılıq festivalına öz­fəali­y­yət kollektivləri və tək ifa­çı­lar qatılıblar. Müsabiqə gənclərin vətənpərvərlik ruhunu yüksəltmək və milli irsimizə bağlılığını artırmaq, eyni zamanda incəsənət sahəsindəki istedadları üzə çıxarmaq baxımından mühüm əhəmiyyətə malikdir.


8 il əvvəl