• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yanvarın 27-də Təhsil Nazirliyində Türkiyə Respublikası Milli təhsil nazirinin müavini Sadəttin Sabazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə ölkəmizdə texniki-peşə təhsili sahəsindəki islahatlara yardım, təcrübə mübadiləsinin aparılması və peşə təhsili müəssisələri arasında qarşılıqlı əlaqələrin yaradılması məsələləri müzakirə olunub.
Onu da qeyd edək ki, bu görüş Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Milli Təhsil Nazirliyi arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında imzalanmış protokola əsasən təşkil olunub.
Misir Mərdanov qonaqları səmimi salamlayaraq onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində qurulan əməkdaşlığın əhəmiyyətli nəticələrini diqqətə çatdıran nazir peşə təhsili üzrə də əlaqələrin qurulmasına böyük önəm verdiyini açıqlayıb.
 Azərbaycanda son illər texniki-peşə təhsilinin inkişafı istiqamətində atılan müsbət addımlar, bu sahə üzrə ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan Dövlət Proqramı barədə qonaqlara məlumat verən təhsil naziri aparılan digər islahatlardan da söz açıb.
Sonra çıxış edən Sadəttin Sabaz bu görüşdən məmnunluq duyduğunu bildirib və peşə təhsili sahəsi üzrə qarşılıqlı əlaqələrin yaradılmasında lazımi dəstək göstərməyə hazır olduqlarını qeyd edib. S.Sabaz öz çıxışında Türkiyənin milli təhsil sistemi, onun strukturu, peşə təhsili müəssisələrinin mövcud vəziyyəti barədə iştirakçılara məlumat verib. Eyni zamanda qonaq ölkəmizin bir neçə peşə təhsili müəssisəsində olduqlarını da diqqətə çatdırıb və bir sıra təkliflərini bildirib.
Görüşdə nümayəndə heyətinin digər üzvləri rəhbəri olduqları müəssisələr haqqında təqdimat-məruzə ilə çıxış ediblər.


8 il əvvəl