• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 3-də təhsil naziri Misir Mərdanov Türkiyənin Hacəttəpə Universitetinin rektoru Uğur Erdenerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Hacəttəpə Universitetinin prorektoru Sevil Gürgan, həmin ali məktəbin iqtisadiyyat fakültəsinin dekanı Ahmed Burcen, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə attaşesi Nəcibə Nəsibova, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev iştirak ediblər.
Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən Misir Mərdanov Azərbaycanla Türkiyə arasında təşəkkül tapmış qarşılıqlı dostluq və qardaşlıq münasibətlərindən söz açıb. İki ölkənin təhsil sahəsində çoxtərəfli və inkişaf etmiş əlaqələrinin mövcudluğunu önə çəkən nazir yaradılan əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Təhsil naziri Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından biri olan Hacəttəpə Universitetinə marağın böyük olduğunu, gənclərin xüsusilə iqtisadiyyat, tibb və mühəndislik ixtisaslarına üstünlük verdiyini bildirib.
Hacəttəpə Universitetinin rektoru Uğur Erdener səmimi münasibətə görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib, ikitərəfli təhsil əlaqələrinin daha da inkişaf etdirilməsindən, mövcud sahədə müvafiq işlərin həyata keçirilməsindən danışıb. Qonaq rəhbəri olduğu ali məktəb haqqında məlumat verib, Hacəttəpə Universitetində dünyanın 70 ölkəsindən 800 əcnəbi tələbənin təhsil aldığını nəzərə çatdırıb. Qəbul planı həddinə görə əcnəbi tələbələrin sayını istədikləri həddə qədər qaldıra bilmədiklərini söyləyən rektor bütün bunlara baxmayaraq, Azərbaycandan daha çox tələbənin Hacəttəpə Universitetində təhsil almasında maraqlı olduqlarını qeyd edib.
Azərbaycanda daha yaxşı tanınmaq üçün müvafiq təhsil sərgilərində təmsil olunmağın zəruriliyinə toxunan Misir Mərdanov Hacəttəpə Universitetinin digər nümayəndələrinin də ölkəmizə səfərlərinin təşkilini əhəmiyyətli hesab etdiyini bildirib.


8 il əvvəl