• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sentyabrın 14-də təhsil naziri Misir Mərdanov Dünya Bankının Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin tapşırıq qrupunun rəhbəri Elizabet Vanq ilə görüşüb.

Qonaqları salamlayan nazir Təhsil Nazirliyi ilə Dünya Bankı arasındakı əməkdaşlığın səmərəli nəticələr verdiyini, indiyə qədər imzalanan layihələrin nəzərdə tutulan qrafik üzrə uğurla reallaşdırıldığını qeyd edib. Misir Mərdanov artıq imzalanmaq ərəfəsində olan Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin gerçəkləşdirilməsi üçün həyata keçiriləcək zəruri tədbirlərə toxunub, müvafiq məsələlərlə bağlı fikirlərini bildirib.
Aparılan danışıqların uğurla başa çatdığını, Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin Dünya Bankının Direktorlar Şurası tərəfindən iyun ayının sonlarında təsdiq edildiyini bildirən Elizabet Vanq layihənin başlanması ilə əlaqədar seminar keçirməyi planlaşdırdıqlarını nəzərə çatdırıb. Layihə çərçivəsində görüləcək işlərdən söhbət açan qonaq qarşıdakı müddət üçün kifayət qədər zəngin tədbirlər proqramının olmasına baxmayaraq nəticənin uğurlu olacağına əminliyini ifadə edib.


8 il əvvəl