• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ölkəmizin ümumtəhsil sistemində tətbiq olunan mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları 2008-2009-cu dərs ilindən bütün ölkəni əhatə edəcək.

Orta məktəblərin XI (XII) sinif şagirdləri ilə yanaşı, peşə liseylərində məzun olmağa hazırlaşanlar da buraxılış imtahanlarını yeni qayda ilə verəcəklər.
Buraxılış imtahanlarına hazırlıq məqsədi ilə bu ilin fevral-aprel aylarında mərkəzləşdirilmiş qaydada 1 yoxlama-sınaq imtahanının keçirilməsi nəzərdə tutulub. Yoxlama imtahanlarının peşə liseylərində ayrıca, ümumtəhsil məktəblərində isə bölgələr üzrə mərhələlərlə keçirilməsi planlaşdırılıb. Ölkə üzrə 5 bölgə müəyyənləşdirilib. Bunlar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, şimal, şimal-qərb, qərb və cənub bölgələridir.
Mərkəzləşdirilmiş qaydada ilk yoxlama imtahanı fevralın 22-də olacaq. Həmin gün peşə liseylərinin şagirdləri öz biliklərini sınayacaqlar. Peşə liseyləri üzrə yoxlama imtahanları üçün 29 mərkəz yaradılıb. Onların 7-si Bakıda, 22-si isə ölkənin digər şəhər və rayonlarında yerləşir. Bölgələr üzrə yoxlama imtahanlarına isə mart ayından başlanacaq. Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonu məktəblərinin bu sahədə artıq ikiillik təcrübəsinin olması nəzərə alınaraq ilk imtahan martın 1-də məhz bu bölgə üzrə keçiriləcək.
Sonra şimal bölgəsinə daxil olan rayonların ümumtəhsil məktəblərinin XI sinif şagirdləri sınaq imtahanlarına qatılacaqlar. Bu bölgə üzrə yoxlama imtahanı martın 15-də aparılacaq.
İmtahanlar ardıcıl olaraq şimal-qərb, qərb və cənub zonalarının rayonlarında keçiriləcək.


8 il əvvəl