• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 15-də Təhsil Nazirliyinin internet saytının (www.edu.gov.az) imtahan bölməsində Bakı şəhərində tam orta təhsil səviyyəsi (XI sinif) üzrə keçirilmiş 2010-2011-ci dərs ilinin mərkəzləşdirilmiş yoxlama imtahanlarının nəticələri yerləşdirilib.

Bakı şəhəri üzrə ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə mərkəzləşdirilmiş yoxlama imtahanlarının nəticələri isə yaxın günlərdə bu bölmədə yerləşdiriləcək.
Məlumat üçün qeyd edək ki, 12-13 fevral tarixlərində Bakı şəhəri üzrə ümumi orta təhsil və tam orta təhsil səviyyələri üzrə 2010-2011-ci dərs ilinin mərkəzləşdirilmiş yoxlama imtahanları keçirilib.
26730 XI sinif şagirdi 72 mərkəzdə, 36085 IX sinif şagirdi isə 74 mərkəzdə yoxlama imtahanına cəlb olunub. Bakı şəhərində məskunlaşan məcburi köçkün rayonlarının şagirdləri də 12-13 fevral tarixlərində keçirilmiş imtahanlarda iştirak ediblər.
İmtahan XI sinif şagirdləri üçün 3, IX sinif şagirdləri üçün isə 1 saat 30 dəqiqə davam edib.
2010-2011-ci dərs ilində keçirilən yoxlama imtahanlarında bir sıra yeniliklər tətbiq olunub. Belə ki, tam orta təhsil səviyyəsi üzrə yoxlama və buraxılış imtahanlarında ümumi sual sayı dəyişilməz olaraq 120 qalsa da, fənlər üzrə sual sayları dəyişilib. Ana dili və riyaziyyat fənləri üzrə sualların sayı 25-dən 21-ə endirilib, təbiət fənləri üzrə sualların sayı isə (kimya, bialogiya, fizika, coğrafiya) 10-dan 12-yə qaldırılıb. Bundan əlavə, ilk dəfə şagirdlərə Təhsil Nazirliyi tərəfindən hazırlanmış xüsusi buraxılış vərəqələri verilib.
Valideyn Müəllim Assosiasiyasının nümayəndələri Bakı şəhəri üzrə 67 mərkəzdə müşahidəçi valideyn qismində yoxlama imtahanlarının gedişini izləyiblər.
Onu da qeyd edək ki, 2010-2011-ci dərs ilində mərkəzləşdirilmiş qaydada keçiriləcək yoxlama və buraxılış imtahanlarında respublika üzrə iştirak edəcək 236710 şagirdin 137523 nəfəri IX, 94417 nəfəri XI sinif, 4770 nəfəri isə texniki peşə liseylərinin şagirdidir.
Fevralın 20-dən etibarən respublikamızın digər bölgələrində də yoxlama imtahanları keçiriləcəkdir.


8 il əvvəl