• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 15-də Təhsil Nazirliyində “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya (2007-2011-ci illər)”nın icrası mövzusunda kollegiya iclası keçirilib.

İclasda nazir müavinləri, nazirliyin müvafiq struktur bölmələri və şöbələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, rayon və şəhər təhsil şöbələrinin müdirləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, bir sıra texniki peşə və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
Kollegiya iclasında təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında korrupsiyaya qarşı mübarizə məsələsinə də toxunulub və bu baxımdan dövlət qurumlarının qarşısında ciddi vəzifələr qoyulub. Azərbaycan Respublikasının dövlət siyasətində korrupsiyaya qarşı mübarizənin əsas prioritetlərdən biri olduğunu vurğulayan təhsil naziri son illər ərzində bu sahədə qəbul olunmuş hüquqi-normativ sənədlərin əhəmiyyətindən bəhs edib, müvafiq qurumlarla birgə əməkdaşlıq sayəsində həyata keçirilən tədbirləri nəzərə çatdırıb.
Ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya (2007-2011-ci illər)”ya uyğun olaraq görülmüş işlərə diqqət çəkən Misir Mərdanov 2006-cı ildən Təhsil Nazirliyində QHT nümayəndələrinin də təmsil olunduğu Кorrupsiyaya Qarşı Mübarizə üzrə İşçi Qrupunun, korrupsiya halları ilə əlaqədar vətəndaşların müraciətlərinin operativ qəbulu və baxılmasının təmin edilməsi məqsədilə “Qaynar xətt” xidmətinin fəaliyyət göstərdiyini bildirib. Misir Mərdanov 2010-cu ildə Təhsil Nazirliyinə vətəndaşlardan və dövlət qurumlarından 51552 məktub, müraciət, ərizə və şikayətin daxil olduğu, 7251 nəfərin qəbul edildiyi haqda məlumat verib, ayrı-ayrı rayonlar üzrə vətəndaşların ərizə və müraciətlərinin sayı, mövzusu barədə statistik göstəriciləri nəzərə çatdırıb, yerlərdə vətəndaşların müraciətlərinə baxılması vəziyyətinin monitorinqinin aparılmasının zəruriliyini söyləyib.
Hər ilin sonunda Təhsil Nazirliyinin mərkəzi aparatının və nazirliyin tabeliyindəki struktur bölmələrin hesabatlarının dinlənildiyini, nəticələr barədə KİV-də məlumatların verildiyini bildirən təhsil naziri rayon və şəhər təhsil şöbələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin də bu prosesə cəlb edilməsinin nəzərdə tutulduğunu deyib. 2008-ci ildən başlayaraq həm Təhsil Nazirliyinin mərkəzi aparatında, həm də rayon və şəhər təhsil şöbələrində dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sisteminin tətbiq edildiyini vurğulayan Misir Mərdanov hazırlanmış etik davranış standartlarının bütün təhsil müəssisələrinə təqdim olunduğuna diqqət çəkib, eləcə də müəllimlərin işə qəbulunun tam şəffaflıq və müsabiqə əsasında həyata keçirilməsinin razılıqla qarşılandığını söyləyib. Nazir deyib ki, 2010-2011-ci tədris ili üzrə ölkənin ümumtəhsil məktəblərində müəyyənləşdirilmiş vakant yerləri tutmaq üçün kompüter vasitəsilə keçirilən imtahanlarda iştirak edən 1815 nəfərdən 288-i işə qəbul olunub, ümumtəhsil məktəblərində direktor vəzifəsinə işə qəbul sahəsində də yeni mexanizm tətbiq edilib.
Təhsil müəssisələrində imtahanların aparılması mexanizminin təkmilləşdirilməsi, şəffaflığın artırılması və bu prosesə ictimai nəzarətin gücləndirilməsi məsələsinə toxunan təhsil naziri hər bir tədris ocağında “Qaynar xətt” xidmətinin yaradılmasının zəruriliyini söyləyib. Misir Mərdanov bütün ali və orta ixtisas təhsili məktəblərində imtahan sessiyaları ərzində qərargahların, “Qaynar xətt” xidmətlərinin təşkil olunduğunu, aşkarlığı və şəffaflığı təmin etmək üçün imtahanların gedişi prosesinə KİV-lərin və QHT koordinatorlarının, Korrupsiyaya qarşı Mübarizə Fondu, “Şəffaflıq Azərbaycan” Cəmiyyəti, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Dövlət Quruculuğu Araşdırmalar Mərkəzinin nümayəndələrinin cəlb edildiyini diqqətə çatdırıb. Nazir, həmçinin  bildirib ki, son illər imtahan sessiyalarında neqativ halların qarşısını almaq, obyektivliyi və şəffaflığı təmin etmək məqsədilə imtahanlar yazılı forma ilə yanaşı, həm də test tapşırıqları əsasında kompüter vasitəsilə həyata keçirilir. Ötən il Moskva Dövlət Açıq Universitetinin Bakı filialında və Azərbaycan Beynəlxalq Universitetində aşkar olunmuş ciddi nöqsanlara görə onların lisenziyalarının ləğv edilməsi barədə söz açan Misir Mərdanov bu ali məktəblərdə qanuni yolla təhsil almış tələbələrin digər özəl universitetlərə köçürüldüyünü bildirib.
Kollegiya iclasında Misir Mərdanov Təhsil Nazirliyi tərəfindən təhsil orqanları və müəssisələrində neqativ halların, qanun pozuntularının, korrupsiyaya şərait yaradan faktların aşkar edilməsi, nöqsanlara yol vermiş məsul şəxslər barədə intizam tənbehinin tətbiqi sahəsində müntəzəm iş aparıldığını nəzərə çatdırıb. Nazir qeyd edib ki, ötən il 4 rayon təhsil şöbəsinin müdiri, 72 məktəb direktoru, 5 direktor müavini, 1 məktəbdənkənar müəssisə rəhbəri, 6 peşə məktəbi direktoru, 1 ali məktəb müəllimi, 10 uşaq bağçası müdiri, 9 baş mühasib, ümumilikdə, 108 nəfər vəzifəsindən azad olunub, 41 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 115 nəfərə töhmət verilib.
Daha sonra qarşıda duran vəzifələrdən, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimin, məktəbin nüfuzunun qorunması məsələlərindən bəhs edən təhsil naziri iclas iştirakçılarına bir sıra tapşırıq və tövsiyələrini verib.  


8 il əvvəl