• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 14-də “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının dərslərini dinləyib qiymətləndirəcək ekspertlərlə görüş keçirilib.

Fevralın 14-də “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının dərslərini dinləyib qiymətləndirəcək ekspertlərlə görüş keçirilib.
Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq bildirib ki, “Ən yaxşı müəllim” müsabiqəsinin uğurla nəticələnməsi ekspertlərdən ibarət fənn komissiyalarının fəaliyyətindən asılı olduğundan ekspertlərin hər biri yüksək məsuliyyət, obyektivlik nümayiş etdirməlidir. Ötən illərdən fərqli olaraq, bu il iştirakçıların sayı çox olan fənlər üzrə də yalnız bir komissiyanın fəaliyyət göstərəcəyini qeyd edən təhsil naziri hər bir komissiyada müşahidəçi qismində Təhsil Nazirliyinin nümayəndəsinin olacağını və onların həm də təşkilati məsələləri həll edəcəklərini açıqlayıb.
İştirakçı müəllimlərin dərslərinin dinlənilməsi qrafikinin artıq hazır olduğunu vurğulayan nazir onu da əlavə edib ki, həmin qrafikdə iştirakçı müəllimlərin dəvətolunma və sınaq dərslərinin tarixi, dərslər dinləniləcək məktəblər göstərilib. Təhsil naziri bildirib ki, fevralın 15-dən başlayaraq 57 nəfər ibtidai sinif müəlliminin dərsləri 6, 35 nəfər ingilis dili müəlliminin dərsləri 4, 25 nəfər Azərbaycan dili və ədəbiyyat müəlliminin dərsləri isə 3 mərhələdə dinləniləcək. Misir Mərdanov, bunlarla yanaşı digər fənn müəllimlərinin də sınaq dərslərinin dinlənilməsinin mərhələlərlə aprelin 21-dək davam edəcəyini diqqətə çatdırıb.
Daha sonra nazir məlumat verib ki, bu il müsabiqədə iştirak üçün 425 nəfər müraciət edib və ekspertizanın nəticələrinə görə, onlardan 217 nəfəri növbəti mərhələyə buraxılıb. Sınaq dərslərinin Təhsil Nazirliyinin nəzdindəki Heydər Əliyev adına liseydə, “Tərəqqi” liseyində, “Elitar” gimnaziyada, Humanitar fənlər gimnaziyasında, 132-134 nömrəli təhsil kompleksində, Bakı şəhərindəki 1, 7, 8, 20, 23, 27, 36, 45, 46, 47, 56, 160, 164, 176, 177, 189, 190, 258, 291 nömrəli məktəblərdə və Bağça-Məktəb-Lisey Kompleksində təşkil olunacağından söz açan Misir Mərdanov həmin məktəblərin direktorlarına zəruri təşkilati işlərin görülməsi üçün müvafiq tapşırıqların verildiyini vurğulayıb. Nazir sınaq dərslərinin qiymətləndirilməsi üçün ötən il müəyyən olunmuş meyarlarda dəyişiklik edilmədiyini və onların bu il də qüvvədə qaldığını, eləcə də hər bir meyarın maksimum 10 balla qiymətləndirildiyini açıqlayıb.
Tədbirdə obyektivlik və ədalətlilik prinsipinin gözlənilməsinin vacib şərt olduğunu ekspertlərin diqqətinə çatdıran Misir Mərdanov, eyni zamanda onlara öz tapşırıq və tövsiyələrini verib.


8 il əvvəl