• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 12-də Təhsil Nazirliyində “Məktəbəqədər və ibtidai təhsil” jurnalının 40 illik yubleyinə həsr olunmuş tədbir keçirilib.

Mərasimdə təhsil nazirinin müavinləri və nazirliyin müvafiq struktur və bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Təhsil Problemləri İnstitutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Bakı Peqaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayaraq bildirib ki, Azərbaycanda ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən təhsil islahatlarının mahiyyətinin ictimaiyyətə düzgün çatdırılmasında kütləvi informasiya vasitələrinin, müvafiq məcmuələrin, jurnalların çox böyük rolu var. Təhsilin bünövrəsinin məktəbəqədər və ibtidai təhsil pillələrində qoyulduğunu nəzərə çatdıran nazir Azərbaycanın təhsil işçiləri, Təhsil Nazirliyinin rəhbərliyi adından jurnalın kollektivini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“Məktəbəqədər və ibtidai təhsil”in 1970-ci ildən fəaliyyətə başladığını, məcmuəyə bu günə qədər Yəhya Kərimovun rəhbərlik etdiyini söyləyən Misir Mərdanov ötən dövr ərzində jurnalın 180 nömrəsinin işıq üzü gördüyünü bildirib. Jurnalda kurikulumla, təhsil islahatı ilə bağlı məqalələrin dərc olunduğunu deyən nazir belə məsuliyyətli bir işin daha səmərəli təşkili üçün tövsiyələrini verib, “Məktəbəqədər və ibtidai təhsil”in əməkdaşlarına Təhsil Nazirliyinin Fəxri fərmanlarını təqdim edib, onlara pul mükafatlarının veriləcəyini bildirib.
Yubiley tədbirində çıxış edən baş redaktor, pedaqoji elmlər doktoru, professor Yəhya Kərimov jurnalın yaranma tarixindən söz açıb. Y.Kərimov jurnalın formalaşmasında Nağı Günəşli, Əjdər Ağayev və Məhəmməd Baharlının böyük əməyinin olduğunu qeyd edib. O, təhsilimizin çiçəklənməsində, müəllimlərin nəzəri və praktik biliklərinin artırılmasında məcmuənin rolundan və qarşıda duran məsələlərdən bəhs edib və jurnala göstərdiyi qayğıya görə təhsil nazirinə minnətdarlığını bildirib.
Sonra Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, pedaqoji elmlər doktoru, professor Hüseyn Əhmədov, Xudat şəhər 2 nömrəli məktəbin müəllimi Nəzakət Kərimova, Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov, Təhsil Problemləri İnstitutunun sosial tədqiqatlar şöbəsinin müdiri Limunət Əmrahlı, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəf Nəcəfov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işlər üzrə prorektoru Vilayət Əliyev çıxış edərək jurnalın Azərbaycan təsilinin inkişafı yolunda göstərdiyi xidmətlərdən danışıb və redaksiya kollektivinə gələcək işlərində uğurlar arzulayıblar.


8 il əvvəl