• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 9-da təhsil naziri Misir Mərdanov Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetinin professoru, “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi”nin Almaniya üzrə meneceri Herbert Strobel, layihə üzrə məsləhətçi Rudiger Heininq və layihə üzrə köməkçi Marian Strobellə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb və Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən söz açıb. Bu işin hazırda da davam etdirildiyini nəzərə çatdıran Misir Mərdanov “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi”ni yüksək dəyərləndirərək, bununla bağlı Təhsil Nazirliyi tərəfindən lazımi dəstək göstəriləcəyini bildirib.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsinin uğurla yekunlaşdığını qonaqların diqqətinə çatdıran təhsil naziri yeni layihənin  ölkəmizdə kənd təsərrüfatı sahəsində kadr hazırlığı işinin təkmilləşdirilməsinə layiqli töhfə verəcəyinə əminliyini ifadə edib. Nazir bildirib ki, layihənin həyata keçirilməsi üçün müvafiq müəssisə seçilməli, həmin müəssisədə nəzərdə tutulan işlərin reallaşdırılması məqsədilə lazımi şərait yaradılmalıdır. Təhsil naziri, həmçinin ölkəmizin bir neçə ilk peşə ixtisas təhsili müəssisəsində bu istiqamətdə iş aparılması təklifi ilə çıxış edib.
Görüşdə layihənin başlanması məqsədilə müqavilə şərtlərinin müəyyənləşdirilməsi, cari ilin iyulunadək müqavilənin bağlanılmasının nəzərdə tutulduğu və bununla bağlı müvafiq qurumlarla birgə iş aparılması barədə fikirlər səsləndirilib.
Təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün təşəkkür edən “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi”nin Almaniya üzrə meneceri Herbert Strobel öncə ötən gün keçirilmiş “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası” layihəsinin yekun konfransını yüksək dəyərləndirib.
“Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi” üzrə məsul qurumlarla birgə görüləcək işlərdən danışan qonaq bildirib ki, kənd təsərrüfatı sahəsi üzrə kadr hazırlığı sisteminin təkmilləşdirilməsi ilə əlaqədar sənədin hazırlanması, müəllim hazırlığının təmin edilməsi və əmək bazarının tələbatının öyrənilməsi bu layihədə nəzərdə tutulan əsas tədbirlərdəndir. Herbert Strobel Gəncə şəhərində bununla bağlı müvafiq treninqlərin keçirildiyini nəzərə çatdırıb.
Daha sonra qeyd edilib ki, 4 alt komponentdən ibarət olan “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi” üzrə müqavilə sənədinin ilkin olaraq martın 15-dək hazırlanması nəzərdə tutulur.
Görüşdə peşə təhsilinin vəziyyəti ilə yaxından tanışlıq məqsədilə Almaniyaya təlim səfərlərinin təşkili və layihənin uğurlu həyata keçirilməsi üçün bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


8 il əvvəl