• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sentyabrın 10-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində 3-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin açılışı olub.

Açılış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayıb, keçirilən tədbirin mühüm əhəmiyyəti olduğunu diqqətə çatdırıb. Nazir qeyd edib ki, sərgiyə əvvəlki illərdən fərqli olaraq orta və texniki peşə məktəblərinin nümayəndələri də qatılıb. "Təhsil və karyera" sərgisinə olan marağın beynəlxalq səviyyədə inkişaf etdirilməsinin vacibliyinə toxunan təhsil naziri Azərbaycanda fəaliyyət göstərən təhsil ocaqlarının sərgidə daha fəal iştirak etmələrinin zəruriliyini vurğulayıb.
Gənclər və İdman Nazirliyinin, Ticarət və Sənaye Palatasının, "İteca Caspian" şirkətinin nümayəndələri və digər şəxslər çıxış edərək sərginin işinə uğurlar arzulayıblar.
Sonra sərgiyə baxış keçirilib. Sərgidə iştirak edən təhsil müəssisələrinin nümayəndələri iştirakçılara əhatəli məlumatlar veriblər.


8 il əvvəl