• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 10-da “Avropa” mehmanxanasında məktəbəqədər təhsil müəssisələri üçün hazırlanmış müxtəlif təlim vəsaitlərinin təqdimat mərasimi keçirilib.

Qeyd edək ki, metodik vəsaitlər, nümayişetdirici materiallar, uşaqlar üçün masaüstü oyunlar, illüstrasiyalı nağıl kitabları Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”çərçivəsində Təhsil Nazirliyinin sifarişinə əsasən “Çaşıoğlu” nəşriyyatı tərəfindən hazırlanıb.
 Mərasimdə təhsil naziri Misir Mərdanov, millət vəkilləri, Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və bir sıra ali təhsil müəssisələrinin əməkdaşları, Bakı və Sumqayıt şəhərlərinin məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, metodist və tərbiyəçiləri iştirak edib.
Mərasimdə öncə çıxış edən təhsil naziri Misir Mərdanov ölkəmizdə məktəbəqədər təhsilin mövcud vəziyyəti, problemləri və eyni zamanda müvafiq Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumat verib. Nazir nümayiş etdirilən təlim vəsaitlərinin məktəbəqədər təhsil müəssisələri üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq bu işin gələcəkdə də davam etdiriləcəyini mərasim iştirakçılarının diqqətinə çatdırıb.
Misir Mərdanov bir il ərzində hazırlanmış materialların artıq məktəbəqədər təhsil müəssisələrinə çatdırıldığını, tərbiyəçilər və uşaqlar tərəfindən bəyənildiyini deyərək bu layihədə əməyi olan hər kəsə, alim və mütəxəssislərə təşəkkür edib.
Təqdimat mərasimində hazırlanmış təlim vəsaitləri haqqında reklam çarxı nümayiş etdirilib.
Çıxış üçün söz alan millət vəkillərindən Şəmsəddin Hacıyev, Nizami Cəfərov, Qənirə Paşayeva, Gülər Əhmədova, Beynəlxalq Təhsil Kompleksinin direktoru Sara Xanlarova, uşaq bağçalarının müdirləri bu təlim vəsaitlərinin məktəbəqədər təhsil müəssisələri üçün böyük töhfə olduğunu xüsusi qeyd ediblər.
Tədbirin rəsmi hissəsindən sonra Nizami rayon Uşaq Yaradıcılıq Mərkəzinin yetirmələri xalq oyunları və mahnılardan ibarət bədii proqramla çıxış ediblər.


8 il əvvəl