• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 17-də Təhsil Nazirliyində “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və ölkəmizin seçilmiş rayonlarında pilot icrası layihəsi” idarəetmə komitəsinin iclası olub.

İclasda İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm nazirliklərinin məsul işçiləri, Avropa İttifaqının Azərbaycan Respublikasında Beynəlxalq Texniki Yardımı Üzrə Koordinasiya Şurasının, Respublika Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının və İsmayıllı rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak ediblər.
Layihənin rəhbəri Nils Kristensen müvafiq sənəd barədə iclas iştirakçılarına ətraflı məlumat verib.
Məlumat üçün bildirək ki, layihənin fəaliyyət planının əsas istiqaməti peşə təhsili və təliminin (PTT) modernləşdirilməsi üçün siyasətin hazırlanması bacarıqlarının, strategiyanın və müvafiq proqramın təkmilləşdirilməsidir. Bu sənədin hazırlanması “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”na və Təhsil Nazirliyinin 30 iyul 2007-ci il tarixli 940 nömrəli əmrinə əsasən məsləhətləşmələr aparmaqla həyata keçiriləcək.
Qeyd edək ki, layihəyə əsasən turizm sektorunda səriştəyə əsaslanan peşə təliminin həyata keçirilməsi üçün milli, regional və yerli səviyyələrdə səmərəli tərəfdaşlığın qurulması nəzərdə tutulur. Bundan əlavə bütün maraqlı tərəflərin iştirakı ilə turizm sahəsi ilə bağlı peşə və kvalifikasiya standartlarının hazırlanması üzrə işçi qrupunun yaradılması planlaşdırılır. Fəaliyyətə başladığı dövrdən layihənin texniki tərəfdaşı olan Britaniya Şurasının mütəxəssisləri İsmayıllı, Gəncə, Mingəçevir şəhərlərinə səfər edib, yerli və xarici şirkətlərin nümayəndələri ilə görüşlər keçirib.


8 il əvvəl