• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yanvarın 7-də Təhsil Nazirliyində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi, Dərslik və nəşriyyat şöbəsinin 2010-cu ilin yekunlarına dair hesabatları dinlənilib.

Öncə De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva çıxış edərək “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın həyata keçirilməsi istiqamətində görülmüş işlərdən söz açıb. M.Hacıyeva Təhsil Nazirliyinin nəzdində yeni yaradılan De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin əsas vəzifələri və strukturu barədə danışıb. İdarə rəisi müvafiq Dövlət Proqramı çərçivəsində uşaqların ailədə yaşamaq hüququnun təmin edilməsi, onların müdafiəsi ilə bağlı reallaşdırılan layihələrin məqsədi və müvafiq dövlət qurumları ilə imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumu haqqında məlumat verib. M.Hacıyeva “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması”, “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihələrinin səmərəli icrasının təmin olunması məqsədilə Koordinasiya Komitəsinin yaradıldığını qeyd edib.
Ailə və uşaqlarla işləyən sosial işçilərin hazırlanması istiqamətində atılan addımları nəzərə çatdıran idarə rəisi bu məqsədlə 2010-2011-ci tədris illərində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda 9 aylıq yenidənhazırlanma kursları təşkil olunduğunu, dövlət uşaq müəssisələrində tərbiyəçi vəzifəsində çalışanlar içərisindən 22 nəfərin seçilərək həmin kursa cəlb edildiyini açıqlayıb. M.Hacıyeva ötən il ərzində Reabilitasiya-İnkişaf və Günərzi Qayğı mərkəzlərinin yaradılmasından, bu sahədə görülən işlərdən, eləcə də uşaqların müəssisələrə verilməsinin qarşısının alınması məqsədilə bir sıra müvafiq qurumlarla birgə həyata keçirilən tədbirlərdən də söz açıb. Daha sonra idarə rəisi beynəlxalq təşkilatlarla əməkdaşlıq,  “Uşaq Qaynar Xətt Xidməti”nin fəaliyyəti, bu xidmətə edilən müraciətlər, müəssisələrdə təlim-tərbiyə alan, habelə gecələyən uşaqların illər üzrə dinamikası və digər bu kimi məsələlər barədə geniş məlumat verib. Eyni zamanda, M.Hacıyeva 2011-ci il üçün nəzərdə tutulan vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının rəhbərlik etdiyi şöbənin ötən il ərzində gördüyü işlərə dair hesabatı dinlənilib. F.Şahbazlı öz hesabatında şöbədə çalışan əməkdaşlar, onların vəzifə bölgüsü, iş planına uyğun olaraq görülən işlər barədə məlumat verib. Şöbə müdiri 2010-2011-ci tədris ilinə ümumtəhsil məktəblərinin dərslik və dərslik komplektləri ilə təminatı vəziyyəti, məktəb dərsliklərinin nəşrə və çapa hazırlanması məqsədilə fənlər üzrə işçi qruplarının yaradılması, onların nəşri, çapı, yerlərə göndərilməsi üzrə satınalma müqavilələrinin hazırlanması və icrasının təmin edilməsinin təşkili, eləcə də bu istiqamətdə digər əsas məsələlərdən söz açıb.
F.Şahbazlının verdiyi məlumata görə, 2010-2011-ci tədris ilinə I, III, VI və VIII-XI siniflər üçün nəşri nəzərdə tutulmuş dərslik və dərslik komplektləri “Ümumi təhsil sistemində dərslik siyasəti”, “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)”, “Dərsliklərin nəşri, çapı və paylanması qaydaları”na uyğun olaraq respublikamızın mövcud şagird kontingenti, eləcə də Gürcüstan və Dağıstanın təlim Azərbaycan dilində olan və xarici ölkələrdəki “Bazar günü” məktəblərinin tələbatı nəzərə alınmaqla müzakirə edilib, onların siyahısı və tirajı müəyyənləşdirilib. Dərslik komplektlərinin qiymətləndirilməsi meyarlarından söz açan şöbə müdiri Təhsil Nazirliyinin “Dərsliklərin nəşrinə hazırlıq işlərinin yaxşılaşdırılması haqqında” əmrinə uyğun olaraq müvafiq fənlər üzrə 133 nəfər praktik müəllimin iştirakı ilə işçi qrupları yaradıldığını, orta məktəb müəllimlərinin dərsliklərə dair verdiyi rəy və təkliflərin şöbə əməkdaşlarının iştirakı ilə müəllif, elmi redaktor və nəşriyyat redaktorları tərəfindən müzakirə olunduğunu və dərsliklər üzərində əsaslı iş aparıldığını da diqqətə çatdırıb.
F.Şahbazlı qeyd edib ki, 2010-2011-ci tədris ilinə 127 adda 4637720 ədəd dərslik və müəllim üçün metodik vəsait çap edilib, müvafiq bölgü əsasında yerlərə çatdırılıb. Ötən il ərzində şöbəyə daxil olan ərizə və məktublar haqqında məlumat verən şöbə müdiri məktəb kitabxanaları və Dünya Bankı ilə birgə aparılan işlər, habelə bu kimi digər məsələlərdən bəhs edib, daha sonra 2011-ci ildə şöbənin qarşısında duran vəzifələri sadalayıb.
İclasda hər iki hesabatla bağlı suallar cavablandırılıb və iştirakçıların təklifləri dinlənilib.
Sonda təhsil naziri Misir Mərdanov qarşıda duran vəzifələrlə bağlı öz tövsiyələrini verib.


8 il əvvəl