• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 28-də Təhsil Nazirliyində uşaq-gənclər idman və şahmat məktəbləri, idmançı və məşqçi müəllimlər arasında keçirilmiş Respublika müsabiqəsinin yekununa dair mərasim olub.

Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq bədən tərbiyəsi və idmanın inkişafının dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri olduğunu qeyd edib. Nazir bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev idman sahəsinin inkişafına həmişə diqqət və qayğı ilə yanaşıb, hazırda bu ənənə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İdmanın şahmat və futbol növlərinin daha da inkişaf etdirilməsi üçün ölkə Prezidentinin sərəncamları ilə Dövlət Proqramlarının qəbul olunduğunu nəzərə çatdıran Misir Mərdanov həmin proqramların yerinə yetirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən tədbirlər planının hazırlandığından və son illər bu sahədə görülən işlərdən bəhs edib. Nazir vurğulayıb ki, 2010-cu ildə Şamaxı, Cəlilabad, Gədəbəy, Sumqayıt və Mingəçevirdə şahmat məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilib. Qeyd olunub ki, hazırda Quba və Xaçmaz rayon şahmat məktəblərinin binaları yenidən tikilib və istifadəyə verilmək üçün hazırdır. Ağcabədi, Ucar və Goranboy rayon şahmat məktəbləri üçün yeni binaların tikintisi isə davam etdirilir.
Təhsil naziri Misir Mərdanov 2010-cu ildə şahmatçılarımızın uğurlarından söz açaraq bildirib ki, cari ildə yeniyetmə şahmatçılarımız Avropa, Dünya birinciliklərində və çempionatlarda 15 medal – 10 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar. Misir Mərdanov Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman və şahmat məktəblərinin yetirmələrinin 2010-cu ildə respublika və beynəlxalq yarışlarda 1886 medal əldə etdiyini mərasim iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra nazir Təhsil Nazirliyi sistemində 159 idman məktəbinin fəaliyyət göstərdiyini, həmin məktəblərdə 27 idman növünün inkişaf etdirildiyini vurğulayıb. Çıxışının sonunda Misir Mərdanov ölkəmizi müxtəlif yarışlarda layiqincə təmsil edən idmançılarımızı təbrik edib və onlara uğurlar arzulayıb.
Sonra 12 nominasiya üzrə keçirilmiş Respublika müsabiqəsi qaliblərinə diplom və hədiyyələr təqdim olunub.
Mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Bakı Şəhər 19 saylı Uşaq-Gənclər İdman Məktəbinin direktoru Suliddin Fərzəliyev, gənclər arasında şahmat üzrə dünya çempionu Nərmin Kazımova, “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətov çıxış edərək ölkəmizdə idmanın inkişafına olan dövlət qayğısından danışıb və idmançılarımızın uğurlarının daha da artacağına ümidvar olduqları bildiriblər.


8 il əvvəl