Dekabrın 24-də T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasında Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus əməkdaşlarının uşaqları arasında “Azərbaycan haqqında nə bilirəm” mövzusunda keçirilmiş I Respublika müsabiqəsinin yekununa dair mərasim olub.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Elmar Qasımov müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Sonra təhsil naziri Misir Mərdanov çıxış edərək bildirib ki, müsabiqə Xarici İşlər Nazirliyinin təşəbbüsü və Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib. Nazir müsabiqənin ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşlarının uşaqlarında Azərbaycan tarixi, təhsili, mədəniyyəti, incəsənəti haqqında daha dolğun təsəvvür yaratmaq, onları ölkəmizin ictimai həyatında fəal iştiraka cəlb etmək məqsədilə keçirildiyini nəzərə çatdırıb. Misir Mərdanov əlavə edib ki, 6-18 yaşlı uşaqlar arasında inşa, şeir, rəsm, rəqs və müxtəlif əl işləri nominasiyaları üzrə təşkil olunmuş müsabiqədə Avropa İttifaqı Nümayəndəliyi, Belorus Respublikası, Çexiya Respublikası, Koreya Respublikası, Qazaxıstan Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyasının ölkəmizdəki səfirliklərinin əməkdaşlarının uşaqları iştirak ediblər.
Mərasimdə qeyd olunub ki, müsabiqəyə rəsm nominasiyası üzrə 14, inşa nominasiyası üzrə 5, şeir nominasiyası üzrə 1 iş təqdim olunub, həmin işlər isə münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyənləşdirilib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri H.Hüseynova, mədəniyyət və turizm nazirinin müavini S.Məmmədəliyeva, gənclər və idman nazirinin müavini İ.Babayev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin idarə rəisi Ə. Əsgərov çıxış edərək ölkəmizdə belə bir müsabiqənin keçirilməsinin yüksək əhəmiyyətini qeyd edib, bildiriblər ki, illər keçəcək və bu uşaqlar Azərbaycanda qazandıqları uğurları daim xatırlayacaqlar.
Sonda “Azərbaycan haqqında nə bilirəm” mövzusunda keçirilmiş I Respublika müsabiqəsinin qalibləri təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.
8 il əvvəl
Digər xəbərlər
-
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00 -
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
19.04.2024 - 15:23 -
I sinfə elektron sənəd qəbulunun vaxtı açıqlanıb
19.04.2024 - 14:56 -
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10