• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 7-də “Ekselsior” otelində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş regionunda pilot icrası” layihəsinin açılış mərasimi keçirilib.

Qeyd edək ki, Azərbaycan hökumətinə mövcud peşə təhsili və təlimi sistemində islahatlar aparılması işində dəstək göstərəcək bu layihənin məqsədi ölkəmizin qeyri-neft sektorunun rəqabət qabiliyyətinin yüksəldilməsi, texniki- peşə təhsili məzunları üçün iş imkanlarının artırılmasından ibarətdir.
Mərasimi açan təhsil naziri Misir Mərdanov son illər ölkəmizdə texniki-peşə təhsili sahəsinin təkmilləşdirilməsi istiqamətində müvafiq addımların atıldığını qeyd edib. Dünyanın müxtəlif ölkələrinin qabaqcıl təcrübəsindən, təhsil sistemində peşə təhsili müəssisələrinin nüfuzundan söz açan nazir həyata keçirilmiş bir çox tədbirlər, eləcə də bu layihənin uğurlu icrasının əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin birinci katibi cənab Stiven Stork və “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye bu layihənin ölkəmizlə əməkdaşlığın inkişaf etdirilməsində önəmli rolundan və müxtəlif sahələr üzrə əlaqələrin qurulmasında maraqlı olduqlarından bəhs ediblər.
Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov “Peşə təhsili və təlimin perspektivləri və Azərbaycanın təhsil sistemi sahəsində islahatlarla əlaqəsi” adlı məruzəsində son zamanlar peşə təhsili sahəsinə artırılan diqqət və qayğıdan, “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”çərçivəsində həyata keçirilən tədbirlərdən bəhs edib. Eyni zamanda “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş regionunda pilot icrası layihəsi” ilə bağlı görülmüş işlərdən danışıb.
Mərasimdə layihənin rəhbəri Nils Kristensen “Peşə təhsili, təlimin müasirləşdirilməsi layihəsi, məqsədlər, layihənin icrası və gözlənilən nəticələr” mövzusunda məlumat verib, həmçinin bir sıra qurumların əməkdaşları qeyd olunan istiqamətdə çıxış edərək layihənin texniki-peşə təhsili sahəsinin inkişafında əhəmiyyətli rol oynayacağını vurğulayıblar.


8 il əvvəl