• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sentyabrın 9-da Bakıdakı 276 nömrəli orta məktəbdə təhsil sistemində yeni qiymətləndirmə qaydalarının tətbiqinə həsr olunan iclas keçirilib.

İclasda təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq şöbə və struktur rəhbərləri, paytaxtın orta ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
Tədbiri təhsil naziri Misir Mərdanov giriş sözü ilə açaraq yeni dərs ilinə hazırlıqla bağlı görülən işlər və nəzərdə tutulan tədbirlər barədə danışıb. Təhsil naziri müəyyən məsələlərlə bağlı fikir və mülahizələrini söyləyərək, məktəb direktorlarına bir sıra tövsiyələrini verib.
Sonra Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva «Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları» mövzusunda geniş məruzə-təqdimatla çıxış edib. Təranə Hacıyeva bildirib ki, ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması ilə bağlı 20 qayda nəzərdə tutulub. Məruzəçi çıxışında məktəbdaxili qiymətləndirmədən, şagird nailiyyətlərinin qiymətləndirilməsindən (monitorinqi), kurikulum üzrə qiymətləndirmədən (təhsil idarəetmə orqanları tərəfindən müəyyən fənlər üzrə şagird nailiyyətlərinin standartlara uyğunluğunu ölçmək üçün aparılan qiymətləndirmə) və ümumi təhsilin pillələri üzrə yekun qiymətləndirmədən (əsas və orta təhsil kursları üzrə buraxılış imtahanları) ətraflı söz açıb, həmçinin digər qaydaları şərh edib.
İclası təhsil naziri Misir Mərdanov yekunlaşdıraraq ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması məsələsinə münasibətini bildirib, bununla bağlı müvafiq təkliflərini nəzərə çatdırıb.


8 il əvvəl