• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyinin internet saytı “Milli Net-2010” müsabiqəsinin qalibi oldu

Dekabrın 4-də “Ambassador” otelində Milli Net - Milli İnternet Mükafatlarının təqdimetmə mərasimi keçirilib.
Təqdimat mərasimində Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz Mili Net Təşkilat Komitəsinin adından çıxış edərək müsabiqənin keçirilməsi istiqamətində görülmüş işlər haqqında iştirakçılara məlumat verib və müvafiq işin gələcəkdə daha da təkmilləşdirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. AİF prezidenti milli internet resursların yaradılmasında mühüm əhəmiyyət kəsb edən bu müsabiqəyə dəstək verən "Azercell Telekom" MMC, Delta Telekom və HP şirkətlərinə təşəkkürünü bildirib.
Qeyd olunub ki, Milli Net - Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il  sosial, mədəni, elmi,  iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan  milli internet resurslarına və internet layihələrinə müsabiqə yolu ilə təqdim edilir. Milli İnternet Mükafatının əsas məqsədləri Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin,  informasiya mübadiləsinin yeni bir sahəsi olan internetin inkişafına və genişləndirilməsinə xidmət etmək, ən yaxşı milli internet resurslarının ölkəmizdə və dünyada geniş istifadəçi auditoriyasında təbliğini aparmaq, eləcə də informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirməkdən ibarətdir. Müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə verilib. Müsabiqəyə oktyabrın 1-də start verilib və qeydiyyat prosesi  noyabrın sonunda yekunlaşıb. “Korporativ sayt”, “İctimai-sosial saytlar”, “Media və informasiya”, “Mədəniyyət, incəsənət və turizm saytları”, “Ailə, uşaq və sağlamlıq”, “Asudə vaxt, idman və əyləncə”, “Bloqlar”, “İnternet xidmətləri (Servislər)”, “Elm və təhsil”, “Dövlət və bələdiyyə saytları”, “İnternet marketinq”, “Mobil resurs (wap daxil deyil), “Elektron xidmət”, “İstifadəçi kontenti üzərində qurulmuş saytlar” nominasiyaları üzrə keçirilmiş müsabiqəyə 437 sayt təqdim olunub. Onlardan 309 sayt qəbul edilib, 128 sayt isə müsabiqə şərtlərinə uyğun gəlmədiyi üçün qəbul edilməyib. Müsabiqə üzrə qiymətləndirmə prosesi Azərbaycan İnternet Forumu tərəfindən formalaşdırılan tanınmış internet ictimaiyyətinin nümayəndələri, mütəxəssislər, internet jurnalist və redaktorları, veb-masterlər və digər internet peşəkarlarından təşkil olunan Müsabiqə Komissiyası tərəfindən aparılıb.
Təqdimat mərasimində 14 nominasiya üzrə qaliblərin adları açıqlanıb və Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi internet saytının (http://www.edu.gov.az) “Milli Net-2010” müsabiqəsinin “Dövlət və bələdiyyə saytları” nominasiyası üzrə qalib gəldiyi məlum olub. Bildirilib ki, bu nominasiya üzrə II yerə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (http://www.customs.gov.az), III yerə isə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (http://www.diaspora.gov.az) internet saytları layiq görülüb. Azərbaycan  Respublikası  Dövlət Sosial Müdafiə  Fondunun (http://www.sspf.gov.az), Naxçıvan Muxtar Respublikasının  (http://www.nakhchivan.az və Azərbaycan Ağır Atletika Federasi-yasının  (http://www.aaaf.az) saytları müsabiqənin nominantları elan edilib.
“Azercell Telecom” MMC-nin  əməkdaşı Fəxri Abbasov mərasimdə çıxış edərək bu kimi tədbirlərə dəstək verməyə hazır olduqlarını bildirib, Milli Net müsabiqəsinin  Azərbaycan dilli resursların və bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib.         
Sonra 14 nominasiya üzrə qalib gələnlərə Milli Net müsabiqəsinin tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək toru əks olunan buta və diplom təqdim olunub.
Təqdimat mərasimində  İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir  Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid,  habelə digər dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər “Milli Net-2010” müsabiqəsinin Azərbaycanda internetin inkişafında mühüm əhəmiyyəti olacağını qeyd edərək bu işin davamlılığını arzulayıblar.


8 il əvvəl