• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 3-də Təhsil Nazirliyində “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi, qarşıya çıxan problemlər, onların həlli yolları və təkliflər” mövzusunda 2010-2011-ci tədris ilində dövlət sifarişinin yerinə yetirilməsində iştirak etmiş ali məktəblərin baş mühasiblərinin seminar-müşavirəsi keçirilib.

Seminar-müşavirədə Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov, İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev və Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri Xaqani Rzayev iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli fərmanına əsasən cari tədris ilindən ali təhsil müəssisələrində dövlət sifarişi üzrə kadr hazırlığının adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsinin əhəmiyyətindən söz açan Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov bu mexanizmin mütərəqqi xarakterindən, yeni  mexanizmin icrası ilə bağlı bir sıra normativ sənədlərin hazırlanması istiqamətində Təhsil Nazirliyi və Maliyyə Nazirliyinin birgə əməkdaşlığından bəhs edib. Yeni maliyyələşmə mexanizminin tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq ali təhsil müəssisələri arasında sağlam rəqabətə yol açması, tələbələrin azad seçim imkanlarının təmin edilməsindəki rolu barədə fikirlərini bildirən İ.Pirməmmədov cari tədris ili üçün tələbə qəbulunun proqnozunun hazırlanmasında tətbiq olunan yeniliklərdən və bir neçə ali məktəbin timsalında qəbulun nəticələrindən danışıb. Təhsil Nazirliyi Aparatının rəhbəri qeyd edib ki, ali məktəblər tərəfindən mövcud resurslardan daha səmərəli istifadə baxımından bir sıra təxirəsalınmaz tədbirlər görülməlidir ki, bu işdə də baş mühasiblərin üzərinə böyük məsuliyyət düşür.
Seminar-müşavirədə çıxış edən Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri Xaqani Rzayev ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqinin “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun bir sıra müddəalarının, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli sərəncamı ilə təsdiq olunmuş "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrasından irəli gəldiyini vurğulayıb. O, həmçinin ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib, artıq dövlətin ali məktəbi deyil, tələbəni maliyyələşdirdiyini nəzərə çatdırıb. Yeni mexanizmin tətbiqinin mövcud resursların saxlanılması baxımından ali məktəblər qarşısında bir sıra problemlər yaratdığını vurğulayan X.Rzayev bu məsələnin həllində baş mühasiblərin üzərinə düşən vəzifələrə diqqət çəkib. Xaqani Rzayev yeni mexanizmin tətbiqinin ali məktəblərin səlahiyyətlərinin artırılmasına yönəldiyini, 22 oktyabr 2010-cu il tarixdə Təhsil Nazirliyində təhsil, maliyyə, iqtisadi inkişaf nazirlərinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin, Respublika Nazirlər Kabinetinin şöbə müdirinin, dövlət sifarişinin yerinə yetirilməsində iştirak etmiş ali məktəb rektorlarının və digər aidiyyəti şəxslərin iştirakı ilə “Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, təkliflər və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş kollegiya iclasında səslənən bir sıra təkliflərə Maliyyə Nazirliyinin müsbət yanaşıldığını, lakin bu təkliflərin təmin olunması üçün ali məktəblərdən tələb olunan müvafiq məlumat və hesablamaların vaxtında təqdim edilmədiyini və bu işdə baş mühasiblərin daha çox məsuliyyət daşıdıqlarını bildirib.
Təhsil Nazirliyi İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev bu tədbirə qatıldığına görə Maliyyə Nazirliyi Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri Xaqani Rzayevə təşəkkürünü bildirib, seminar-müşavirənin təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi prosesinin əsas iştirakçıları və icraçıları olan baş mühasiblərin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Ölkə Prezidentinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli fərmanına əsasən Maliyyə Nazirliyinin bilavasitə dəstəyi ilə görülən konkret işlər barədə məlumat verən Ş.Əliyev “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli, 120 nömrəli Qərarı ilə təsdiq olunmuş bir sıra qaydaların və sənədlərin tələblərinin baş mühasiblər tərəfindən öyrənilməsinin zəruriliyini diqqətə çatdırıb.
Şahrza Əliyev Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində I kurs bakalavriat və magistratura səviyyələri üçün dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşmənin dövlət sifarişi əsasında həyata keçirilməsi məqsədilə cari ilin sonunadək əlavə tələb olunan vəsaitin (2010-cu ilin sentyabr-dekabr ayları üçün, illik məbləğin 3-dən biri həcmində) bölgüsü”nə əsasən müvafiq vəsaitlərin Təhsil Nazirliyi tərəfindən ali məktəblərin hesablarına köçürülməsindən və bu vəsaitlərin təyinatı üzrə xərclənilməsi ilə əlaqədar baş mühasiblərin qarşısında duran vəzifələrdən söz açıb, bir sıra tövsiyələrlə çıxış edib. Şöbə müdiri Ölkə Prezidentinin müvafiq sərəncamı əsasında təhsil haqlarından azad olunmuş məcburi köçkün və qaçqın statuslu tələbələrin təhsil xərclərinin kompensasiya olunması ilə bağlı təklifə Maliyyə Nazirliyi tərəfindən müsbət yanaşılması, bu xərclərin büdcədən əlavə olaraq ödənilməsinin qərara alınması barədə fikirlərini bildirib və dövlət ali məktəblərindən müvafiq məlumatları Maliyyə Nazirliyinə təqdim etmədiklərinə görə ali məktəblərin baş mühasiblərinin fəaliyyətlərindən narazı olduğunu nəzərə çatdırıb, onları qısa müddət ərzində bu istiqamətdə dönüş yaratmağa çağırıb. Gələcəkdə büdcədənkənar vəsaitlərin planlaşdırılmasında və xərclənməsində ali məktəblərin səlahiyyətlərinin artırılmasının vacibliyini, hər bir ixtisas üzrə dövlət sifarişi üzrə bir təhsilalan üçün müəyyənləşdirilmiş xərc məbləği ilə ödənişli təhsil haqqı arasında uyğunluğun yaradılmasının zəruriliyini vurğulayan Ş.Əliyev dövlət sifarişi üzrə kadr hazırlığı ilə bağlı cari ilin sentyabr-dekabr ayları üçün köçürülmüş vəsaitlərin təyinatı üzrə səmərəli xərclənilməsi və bununla əlaqədar növbəti ilin əvvəlində maliyyə və mühasibat hesabatlarının təqdim olunmasına dair təkliflərini bildirib.
Çıxışlardan sonra seminar-müşavirədə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı qarşıya çıxan problemlər və onların həlli yolları müzakirə edilib, baş mühasibləri maraqlandıran suallar cavablandırılıb, onlara müvafiq tapşırıq və tövsiyyələr verilib.


8 il əvvəl