• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Berlində Azərbaycan elm və mədəniyyət həftəsi açılıb

Berlində Azərbaycan elm və mədəniyyət həftəsi başlanmışdır. Həftənin təntənəli açılış mərasimi Almaniya paytaxtının tarixi hissəsində yerləşən "Gendarmenmarkt" meydanındakı məşhur "Konzerthaus Berlin" konsert zalında olmuşdur. Mərasimdə hər iki ölkənin elm və mədəniyyət xadimləri, görkəmli siyasətçilər, hökumət üzvləri, diplomatlar, habelə Avropanın bir sıra ölkələrindəki Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.
Mərasimdə giriş nitqi söyləmiş Humbold Universitetinin rektoru Yan-Hendrik Olberts Almaniya ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində bu cür tədbirlərin böyük əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, bu həftə ikitərəfli münasibətlərin sürətli inkişafına müsbət töhfə verəcəkdir. Azərbaycanın AFR-dəki səfiri Pərviz Şahbazov, Azərbaycanın təhsil naziri, professor Misir Mərdanov, AFR federal təhsil və elmi tədqiqatlar naziri, professor Annete Şavan və Humbold Universitetində yeni açılan "Azərbaycan tarixi" kafedrasına rəhbərlik edəcək professor Eva-Mariya Aux da tədbir iştirakçıları qarşısında çıxış etmişlər. Xüsusi qeyd etməliyik ki, Almaniyada bu il keçirilən Azərbaycan elm və mədəniyyət həftəsi bu əlamətdar hadisə ilə eyni vaxta düşmüşdür və həftənin proqramının ən mühüm bəndi məhz həmin kafedranın təntənəli şəkildə açılmasıdır.
Mərasimin təntənəli hissəsindən sonra konsert olmuşdur. Konsertdə Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun və almaniyalı maestro Ulrix Rilinin rəhbərliyi ilə "Berlin Classic Players" kamera orkestrinin ifasında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Aqşin Əlizadənin əsərləri səslənmişdir.
Açılış mərasimi başa çatandan sonra təntənəli qəbul olmuşdur.
 
Vüqar SEYİDOV,
AzərTAc-ın xüsusi müxbiri
Berlin


8 il əvvəl