• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 1-də “Park inn” otelinin “Dan ulduzu” konfrans zalında Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Nigar Vəliyevanın müəllifi olduğu “Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət” kitabının təqdimat mərasimi keçirilib.

Mərasimi giriş sözü ilə açan Nigar Vəliyeva lüğət haqqında məlumat verərək qeyd edib ki, müasir Azərbaycan, ingilis və rus dillərində frazeoloji birləşmələrin müqayisəli araşdırılması bir neçə cəhətdən əhəmiyyətlidir. N.Vəliyeva bildirib ki, bu araşdırma dillərin qanunauyğunluqlarını müəyyənləşdirməyə, eləcə də onun semantik inkişafı haqqında düzgün təsəvvür əldə etməyə kömək edir. Hər biri 988 səhifədən ibarət olan iki cildlik lüğətdə ilk dəfə olaraq, Azərbaycan, ingilis və rus dillərində frazeoloji birləşmələrin toplanıldığını qeyd edən müəllif bu vəsaitdə 90 mindən artıq frazeoloji vahidin işlənildiyini vurğulayıb.
 Tədbirdə iştirak edən təhsil nazirinin müavini İradə Hüseynova çıxışını ulu öndər Heydər Əliyevin  “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” sözləri ilə başlayaraq qeyd edib ki, son dövrlərdə Azərbaycan dilinin çox böyük nüfuza malik təşkilatlarda işlənməsi, bu dilin beynəlxalq münasibətlər müstəvisində yüksək dəyərə malik olması xalqımızın əbədi lideri Heydər Əliyevin gərgin əməyinin nəticəsidir. Nazir müavini diqqətə çatdırıb ki, ölkə Prezidenti cənab İlham Əliyev, onun xanımı Mehriban Əliyeva dilimizin, milli adət-ənənələrimizin, mənəvi dəyərlərimizin inkişafına hər zaman çox böyük diqqət yetirir və bu dəyərlərin qorunması istiqamətində mühüm addımlar atılır.
İ.Hüseynova “Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət” kitabının Azərbaycan dilçilik elminə böyük töhfələr verəcəyindən, gələcək nəsillərin bundan maksimum faydalanacağından əmin olduğunu vurğulayıb və lüğətin mühüm əhəmiyyətini qeyd edib. Nazir müavini kitabı tərtib edən müəllifə və bu lüğətin ərsəyə gəlməsində əziyyət çəkən hər bir şəxsə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov kitabın əhəmiyyətindən söz açaraq belə bir lüğətin məhz ADU-nun professoru tərəfindən hazırlanmasını ikiqat sevinc hissi ilə qarşıladığını və gələcəkdə də bu kimi layihələrin həyata keçirilməsi üçün təhsil ocağının var gücü ilə çalışacağını diqqətə çatdırıb.
Təqdimat mərasimində çıxış edən tanınmış alim və ziyalılar ilk dəfə olaraq Azərbaycan, ingilis və rus dillərində frazeoloji birləşmələr toplanmış, geniş tərtibatda çap olunmuş bu kitab haqqında müsbət fikirlərini bildiriblər.


8 il əvvəl