• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Avropa Təhsil Fondunun təşkilatçılığı ilə İtaliyanın Turin şəhərində Avropa Təlim Fondunun İdarəetmə Şurasının iclası keçirilib.

Avropa Təhsil Fondunun təşkilatçılığı ilə  23-24 noyabr tarixlərində İtaliyanın Turin şəhərində Avropa Təlim Fondunun İdarəetmə Şurasının iclası keçirilib. İclasda Avropa Birliyinə üzv olan ölkələrlə yanaşı, Avropa Qonşuluq Siyasəti (AQS) üzrə Müşahidəçi Şuraya üzv seçilmiş 3 ölkə - Azərbaycan, Türkiyə və İordaniya dövlətlərinin nümayəndələri də dəvət edilib. Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov Avropa Təlim Fondunun Avropa Qonşuluq Siyasəti üzrə Müşahidəçi Şurasına seçilib. Fondun proseduruna əsasən müşahidəçi ölkə kimi qəbul olan üzvlər insan resurslarının inkişafı üzrə təşəbbüslərlə bağlı AQS ölkəsinin mövqeyini bildirməkdə və iş proqramlarının hazırlanmasında məsləhətçi rolunu oynayacaqlar.


8 il əvvəl