• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Noyabrın 27-də Biləsuvar rayonunun İsmətli kəndində 640 yerlik yeni orta məktəbin açılış mərasimi olub.

İlk öncə təhsil naziri Misir Mərdanov və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov rayonun mərkəzində yerləşən Heydər Əliyev Parkında şəhidlərin və ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Yeni inşa olunmuş orta məktəbin açılış mərasimində çıxış edən nazir bildirib ki, belə bir tədris ocağının istifadəyə verilməsi İsmətli kəndinin həyatında əlamətdar hadisədir. Son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda ciddi islahatların aparıldığını vurğulayan Misir Mərdanov əldə olunan bütün uğurların müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan strateji kurs sayəsində mümkün olduğunu nəzərə çatdırıb. Dövlət başçısının davamlı diqqət və qayğısı sayəsində yaxın zamanlarda Azərbaycanda təhsil sahəsində mövcud olan bütün problemlərin həllini tapacağını qeyd edən təhsil naziri yeni məktəbin kənd sakinlərinə, müəllimlərə, şagirdlərə müvəffəqiyyətlə xidmət edəcəyinə əminliyini bildirib.
Məktəbi tikməklə yanaşı, onu qoruyub saxlamağın da zəruri olduğunu söyləyən nazir tədris ocağında təlim–tərbiyənin ən yüksək səviyyədə aparılması üçün yaradılan şəraitə diqqət çəkib. Təhsil sahəsində keyfiyyət amilinin daim öndə dayandığını bildirən təhsil naziri Misir Mərdanov deyib ki, hazırda ictimaiyyət təhsil işçilərindən daha səmərəli fəaliyyət göstərməyi tələb edir.
Yeni məktəbin kəndin elm məbədinə, mədəniyyət mərkəzinə çevriləcəyinə inandığını bildirən Misir Mərdanov İsmətli kəndinin bütün sakinlərini təbrik edib, tədris ocağının pedaqoji kollektivinə, şagirdlərə uğurlar arzulayıb.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və İsmətli kənd sakini, məktəbin valideyn komitəsinin sədri Musaxan Əliyev də çıxış ediblər.
Sonda şagirdlər ulu öndərə, Vətənə, məktəbə aid şeirlər söyləyib və onların ifasında ədəbi-bədii kompozisiyalar nümayiş olunub.


8 il əvvəl