• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Noyabrın 25-də Təhsil Nazirliyində “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası” mövzusunda müşavirə keçirilib.

Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov qeyd olunan sənədin əhəmiyyətli cəhətlərini vurğulayaraq bildirib ki, ilk dəfə olaraq əlavə təhsilin bütün istiqamətləri üzrə tənzimləyici qaydalar bu sənəddə öz əksini tapıb. Nazir həmin sənəddə əlavə təhsilin hər bir istiqaməti üzrə məzmunun çərçivəsi, təhsilə cəlb olunanlar, monitorinq və qiymətləndirmə, verilən təhsil sənədi, maliyyə mənbəyi, eləcə də digər məsələ və qaydalar haqqında məlumat verib, əlavə təhsilin ümumi müddəaları ilə müşavirə iştirakçılarını tanış edib. Eyni zamanda əlavə təhsilin fəaliyyət istiqamətlərindən söz açan Misir Mərdanov iхtisasartırma, yenidənhazırlanma, stajkeçmə, kadrların təkmilləşdirilməsi, təkrar ali və təkrar оrta iхtisas təhsili üzrə mövcud vəziyyət barədə ətraflı danışıb, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsilinin Azərbaycan təhsili üçün yeni olduğunu vurğulayıb. Qeyd olunub ki, dərəcələrin yüksəldilməsi təhsili orta ixtisas təhsili müəssisələrini bitirmiş və subbakalavr dərəcəsi almış kadrların uyğun ixtisaslar üzrə bakalavr səviyyəsinə hazırlığını nəzərdə tutan, yaşlıların təhsili isə vətəndaşların fasiləsiz olaraq cəmiyyətdə və iqtisadiyyatda baş verən dəyişikliklərə uyğunlaşmasını təmin edən təhsil növüdür.
Təhsil naziri Misir Mərdanov yeni qaydaların tətbiqi ilə əlaqədar hazırlanmış və hazırlanacaq sənədlər, qarşıda duran vəzifələrdən də bəhs edib.
Sonda sənəddə göstərilən hər bir məsələ üzrə iştirakçıların rəy və təklifləri dinlənilib, müvafiq istiqamətdə hər kəsin istəyinə uyğun təhsil ala bilməsi üçün imkanların genişləndirildiyi bildirilib.


8 il əvvəl