Oktyabrın 16-da Qafqaz Universitetində 2010-2011-ci dərs ilinə həsr edilmiş “Yüksələn təhsilimizin bayraqdarı-Azərbaycan məktəblisi” adlı tədbir keçirilib.
Tədbirdə təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatları, təhsil işçiləri, tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin gənclərə və onların təhsilinə göstərdiyi diqqət və qayğıdan söz açan təhsil naziri Misir Mərdanov müasir dövrdə təhsilin önəmli rolu, ölkə təhsilinin inkişaf istiqamətləri və bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər barədə fikirlərini bildirib. Nazir “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin səmərəli olduğunu, təhsilimizə layiqli töhfələr verdiyini qeyd edib.
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərən ulu öndər Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini bildirib.
Azərbaycan-Türkiyə özəl liseylərində və “Araz” kurslarında təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan bəhs edən Ə.Özərən
Beynəlxalq fənn olimpiadalarında, bilik müsabiqələrində iştirak edən şagirdlərin qazandıqları uğurlu nəticələr haqqında da məlumat verib.
Azərbaycan-Türkiyə özəl liseylərində və “Araz” kurslarında təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan bəhs edən Ə.Özərən
Beynəlxalq fənn olimpiadalarında, bilik müsabiqələrində iştirak edən şagirdlərin qazandıqları uğurlu nəticələr haqqında da məlumat verib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və digər çıxış edənlər təhsilimizə göstərilən dövlət qayğısından danışıb, təhsildə nailiyyət qazanan şagirdləri və tələbələri təbrik edib, onlara yeni müvəffəqiyyətlər arzulyıblar.
Sonra təhsil müəssisələrinin nailiyyətlərini əks etdirən film nümayiş etdirilib.
Azərbaycan-Türkiyə özəl liseylərinin və “Araz” kurslarının beynəlxalq fənn olimpiadalarında və bilik müsabiqələrində uğur qazanan şagirdlərinə, ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunlarına və yüksək balla Qafqaz Universitetinə qəbul olunmuş tələbələrə mükafatlar verilib.
8 il əvvəl
Digər xəbərlər
-
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00 -
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
19.04.2024 - 15:23 -
I sinfə elektron sənəd qəbulunun vaxtı açıqlanıb
19.04.2024 - 14:56 -
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10