• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Oktyabrın 15-də təhsil naziri Misir Mərdanov Bakıdakı 299 saylı məktəb-liseydə tədris ocağının Valideyn-Müəllim Assosiasiyasının üzvləri ilə görüşüb.

Öncə təhsil müəssisəsi ilə tanış olan nazir sinif otaqları, kitabxana, idman zalına baxıb, müəllim və şagirdlərlə söhbət edib.
Valideyn-Müəllim Assosiasiyasının üzvləri ilə görüşündə ölkədə aparılan təhsil islahatları, yeni məktəb tikintisi və təhsil ocaqlarının təmiri barədə söz açan təhsil naziri valideynlərin məktəblə yaxından əlaqə saxlamasının əhəmiyyətini vurğulayıb. Bu baxımdan 299 saylı məktəb-liseydə xüsusi fəallığın hiss olunduğunu qeyd edən Misir Mərdanov məktəbin Valideyn-Müəllim Assosiasiyasının işindən razılığını bildirib və müvafiq tövsiyələrini nəzərə çatdırıb.
Valideynlər və müəllimlər təhsil naziri Misir Mərdanova minnətdarlıqlarını bildirib, onları düşündürən bir sıra məsələlərlə bağlı təkliflərlə çıxış ediblər.
2008-ci ildə əsaslı təmir olunmuş və bir əlavə tədris korpusu istifadəyə verilmiş məktəbdə yaradılan şəraitdən razılığını bildirən nazir bundan sonra da təhsil ocağına zəruri köməklik göstəriləcəyini qeyd edib, pedaqoji kollektivə və Valideyn-Müəllim Assosiasiyasının üzvlərinə gələcək işlərində uğurlar arzulayıb.


8 il əvvəl