Sentyabrın 6-da "Trend" İnformasiya Agentliyində 4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.
Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin, "İteca Caspian" şirkətinin və "Təhsil və karyera" sərgisinin nümayəndələri iştirak ediblər.
Mətbuat konfransında çıxış üçün ilk söz təhsil naziri Misir Mərdanova verilib. Nazir bildirib ki, 7-9 oktyabr tarixlərində Bakı şəhərində 4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisi keçiriləcək. Ənənəvi olaraq Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən sərginin təhsil xidmətləri, peşəyönümlü istiqamətləndirmə və gənclərin məşğulluğuna etibarlı zəmanət baxımından regionun əsas illik forumuna çevrildiyini qeyd edən təhsil naziri builki sərgidə 60-dan çox ödənişli və ödənişsiz fakültələrin, kursların, habelə ən müxtəlif ixtisaslar üzrə proqramları özündə birləşdirən 94 təhsil müəssisəsinin təqdim olunacağını diqqətə çatdırıb.
Sərgidə xarici ölkələrin müxtəlif təhsil qurumları, universitetləri və kolleclərinin fəal iştirak edəcəklərini vurğulayan Misir Mərdanov bu il ilk dəfə olaraq Ankara, İstanbul və İzmirin 15 təhsil müəssisəsini özündə birləşdirən Türk Milli Universitetlər Qrupunun da sərgiyə qoşulacağını bildirib.
Nazir onu da deyib ki, Azərbaycanın təhsil sektoru sərgidə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti, Diplomatik Akademiya kimi daimi iştirakçılar tərəfindən təqdim olunacaq, adı çəkilən təhsil müəssisələrinin əməkdaşları sərgiyə gələn ziyarətçiləri bakalavr və magistratura təhsili sahəsində yeni imkanlarla tanış edəcəklər.
Sonda təhsil naziri Misir Mərdanov KİV nümayəndələrinin suallarını cavablandırıb.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55