• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

24-27 sentyabr tarixlərində Gürcüstanın Batumi şəhərində “Müəllimlərin ətraf mühit üzrə regional seminarı” keçirilib.

Seminar Norveç Təbiəti Mühafizə Cəmiyyətinin “Enerji və Resurslardan İstifadə üzrə Məktəbli Layihəsi” (SPARE) çərçivəsində baş tutub. Regional seminarda SPARE proqramının Azərbaycan üzrə milli əlaqələndiricisi Nailə İsmayılova, proqramın tətbiqi layihələr üzrə koordinatoru Mirabbas Məmmədov, Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov, “Araz” Ekologiya liseyinin direktoru Südabəxanım Mikayılova, 284 saylı məktəbin coğrafiya müəllimi Sevinc Abbasova, 204 saylı məktəbin biologiya müəllimi Almaz Həsrət, “Zəkalar” liseyinin fizika müəllimi Gülçin Baxşıyeva iştirak ediblər.
Seminarın ilk günündə SPARE proqramının Azərbaycan üzrə milli əlaqələndiricisi Nailə İsmayılova ölkəmizdə müvafiq sahədə həyata keçirilən tədbirlərə dair “Pedaqoji innovasiyalar və tətbiqi məsələlərin vəhdəti” mövzusunda təqdimat edib. Seminarın “Pedaqoji innovasiyalar: ən yaxşı nümunələr və təcrübə mübadiləsi” mövzusuna həsr olunmuş sessiyasında azərbaycanlı müəllimlər tərəfindən müxtəlif pedaqoji yanaşmalara əsasən hazırlanmış dərs nümunələri təqdim olunub.
Onu da qeyd edək ki, Azərbaycanın 2003-cü ildən qoşulduğu və hazırda ölkəmizin 200-dən artıq məktəbini əhatə edən proqramın əsas məqsədi məktəb ictimaiyyətinə enerjiyə qənaət, resurslardan səmərəli istifadə edilməsinin zəruriliyi kimi əhəmiyyətli məsələləri aşılamaqdır. Proqramda fəal iştirak edən məktəblərdə davamlı energetika, bərpa olunan enerji mənbələri mövzuları tədris edilir, fakültativ məşğələlərdə, dərnəklərdə enerjinin səmərəliyinin artırılması istiqamətində əməli tədbirlər həyata keçirilir.


8 il əvvəl