• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 19-da Təhsil Nazirliyində “Xaricdə təhsil-Dövlət Proqramı” İnternet səhifəsinin təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” uğurla həyata keçirilməkdədir. Dövlət Proqramının icrası üzrə tədbirlər planına müvafiq olaraq layihə çərçivəsində təhsil alanlar və xaricə göndəriləcək gənclərin seçim qaydaları haqqında ictimaiyyətə daha operativ məlumatlar vermək məqsədilə Təhsil Nazirliyi tərəfindən “Xaricdə təhsil- Dövlət Proqramı” İnternet səhifəsi yaradılıb.
Mərasimi giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayaraq təqdimat üçün sözü səhifəni yaradan ABŞ-ın “Silver Texnoloji” şirkətinin nümayəndəsi Fərid İsmayılzadəyə verib.
Geniş təqdimatla çıxış edən F. İsmayılzadə nəzərə çatdırıb ki, İnternet səhifəsində Dövlət Proqramına aid bütün hüquqi-normativ sənədlər toplusu, xarici ölkələrin ali məktəblərinə qəbul haqqında seçim qaydaları, müvafiq elanlar, təhsil alanların oxuduqları ölkə, ali məktəb, ixtisas, təhsil pilləsi, təhsilə başlama tarixi və məzunlar haqqında ətraflı məlumatlar əks olunub və yaxın müddətdə məzun olacaq şəxslər barədə materiallar yerləşdirilib. İnternet səhifəsinin ayrı-ayrı bölmələrini tədbir iştirakçılarına təqdim edən şirkət nümayəndəsi müvafiq Dövlət Proqramı ilə əlaqədar Təhsil Nazirliyinə müraciət edənlərə istənilən məlumatı rahat şəkildə əldə etmək imkanının yaradıldığını bildirib.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın icrası istiqamətində görülən işlər barədə ətraflı məlumat verən təhsil naziri Misir Mərdanov qeyd edib ki, Dövlət Proqramının icrası Təhsil Nazirliyinə tapşırıldıqdan sonra bununla bağlı xüsusi sektor yaradılıb. Nazir deyib ki, proqramın əsas məqsədi Azərbaycanda rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi üçün ölkənin yüksək səviyyəli kadrlara ehtiyacının ödənilməsi, azərbaycanlı gənclərin ümumbəşəri dəyərlər əsasında ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyinin və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarətdir.
Dövlət Proqramından əlavə, azərbaycanlı gənclərin xaricdə öz imkanları, müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri və dövlət xəttilə, yəni təhsil sahəsində əməkdaşlıq haqqında ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına təhsil aldıqlarını söyləyən təhsil naziri hazırda Dövlət Proqramı çərçivəsində dünyanın 17 ölkəsinin yüksək reytində malik olan 81 ali məktəbində bakalavr, magistratura, rezidentura, aspirantura və doktorantura pillələrində prioritet ixtisaslar üzrə 186 nəfər azərbaycanlı tələbənin təhsilini müvəffəqiyyətlə davam etdirdiyini vurğulayıb. Bu il dünyanın müxtəlif ölkələrinin ali məktəblərində təhsil almağa ən qabiliyyətli gənclərin arasından seçilən 200 nəfərin göndərilməsinin nəzərdə tutulduğunu, artıq bir neçə nəfərin Dövlət Proqramı çərçivəsində təhsillərini başa vuraraq Azərbaycana qayıtdığını deyən nazir məzunların işlə təminatı ilə bağlı xüsusu proqramın da hazırlanacağını və gələcəkdə bu işin müəyyən mexanizm əsasında həyata keçiriləcəyini bildirib.
Misir Mərdanov xaricdə təhsil alan gənclərdən həmin ölkələrdə qalmaq arzusunda olanların qarşısında heç bir məhdudiyyət qoyulmadığını diqqətə çatdırıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qəbul olunan bu qaydanın həmin ölkələrdəki diasporumuzun daha da güclənməsində mühüm rol oynayacağını qeyd edib.
Nazir deyib ki, xaricdə təhsil alan gənclər ilk növbədə Azərbaycan xalqının təmsilçisi, zəngin və qədim mədəniyyətimizin, adət və ənənələrimizin təbliğatçılarıdır. Xarici ölkələrə göndəriləcək tələbələrin seçilməsində obyektivliyin və şəffaflığın başlıca amil olduğunu nəzərə çatdıran təhsil naziri bildirib ki, ixtisasların müəyyənləşdirilməsi və gənclərin təhsili üçün lazımi şəraitin yaradılması məsələləri də çox böyük əhəmiyyət kəsb edir.
Sonda təhsil naziri Misir Mərdanov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın icrası ilə əlaqədar jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.


8 il əvvəl