• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Gürcüstanın Qudauri şəhərində mayın 14-dən 17-dək Cənubi Qafqaz İngilis dili müəllimləri birliklərinin 5-ci regional konfransı keçirilib.

AzETA-nın rəhbəri Rəqsanə Məmmədova konfransın açılış mərasimində çıxış edərək Azərbaycanda ingilis dilinin tədrisi sahəsində qazanılmış uğurlardan, qarşıda duran vəzifələrdən danışıb, bu sahədə daha yaxşı nəticələrin əldə olunmasında belə konfransların əhəmiyyətindən söz açıb. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin ingilis dili müəllimləri üçün yaratdığı əlverişli şəraitdən və bu konfransın təşkilinə göstərdiyi dəstəkdən bəhs edib.
4 gün davam edən konfransda Azərbaycan nümayəndələrindən H. Hüseynova, Q. Rüstəmova, R. Əliyeva, A. Musayeva, F. Səfərova, J. Əliyeva, S. Süleymanova, V. Mustafayeva, S. Əliverdiyeva, V. Abdullayeva və V. Hüseynova ingilis dilinin müasir təlim metodları ilə tədrisinə dair müxtəlif mövzularda maraqlı çıxışlar və təqdimatlar ediblər.
Konfransa Cənubi Qafqaz respublikaları İngilis dili müəllimləri birliklərinin üzvləri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Belarus, Moldova və Ukraynanın ingilis dili mütəxəssisləri də qatılıblar.
Konfransın yekununda iştirakçılara sertifikatlar və müxtəlif mükafatlar təqdim olunub. Regionun ən qabaqcıl və aparıcı təşkilatı olan AzETA rəhbərinə isə kompüter (noutbuk) hədiyyə edilib.


8 il əvvəl