• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Minsk şəhərində mayın 12-dən 16-dək MDB ölkələrinin təhsil nazirlərinin və peşə təhsili rəhbərlərinin XVI konfransı keçirilib.

Belarusiya Respublikası təhsil nazirinin təşəbbüsü və MDB ölkələrinin təhsil nazirlərinin birgə razılığı ilə təşkil edilən konfransda YUNESKO-nun Moskvadakı təşkilatı, Avropa Təhsil Fondu (ATF), Almaniya “İnWent” təşkilatı, Alman Xalq Universitetləri Assosasiyası, Beynəlxalq Texniki-Peşə Təhsili Mərkəzi (YUNESKO-UNEVOK), YUNESKO-nun təhsildə İnformasiya Texnologiyaları İnstitutu, MDB ölkələrinin icra komitələri, Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu, təhsil nazirlikləri və elmi institutların əməkdaşlarının iştirakı ilə “Texniki-Peşə Təhsili sistemində İKT-nin tətbiqi” və “Texniki-peşə təhsili və təhsilin davamlı inkişafı” mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Eləcə də, konfransda texniki-peşə təhsilinə ehtiyacların ödənilməsi, inkişafın effektiv formalarının və yollarının axtarılması, iqtisadi və sosial sferanın kadrlara olan tələbatının ödənilməsi, eyni zamanda MDB məkanında ixtisaslı fəhlə kadrların hazırlanmasında regional əməkdaşlığın möhkəmləndirilməsi məsələləri geniş müzakirə edilib.
Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Texniki-Peşə Təhsili şöbəsinin müdiri N. Məmmədov, həmin şöbənin aparıcı məsləhətçisi E. Cəfərov, Təhsil Problemləri İnstitutunun direktoru professor A. Mehrabov, Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru M. Məmmədova Azərbaycanda texniki-peşə təhsilinin vəziyyəti, problemləri və inkişaf yolları haqqında təqdimat ediblər.
Konfrans plenar iclasdan sonra altı bölmədə öz işini davam etdirib. Birinci bölmədə Təhsil Nazirliyinin Texniki-Peşə Təhsili şöbəsinin müdiri N. Məmmədov “Yeniləşdirici təcrübə və istiqamətlər”, üçüncü bölmədə Təhsil Problemləri İnstitutunun direktoru A. Mehrabov “Azərbaycanda texniki-peşə təhsilinin inkişafının əsas istiqamətləri”, Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru M. Məmmədova “Peşə təhsili və məşğulluq siyasəti–dayanıqlı iqtisadi inkişaf”, beşinci bölmədə Texniki-Peşə Təhsili şöbəsinin aparıcı məsləhətçisi E. Cəfərov “Texniki-peşə təhsilində İKT-dən istifadə” mövzularında təqdimatlar ediblər. Bölmələrdə müvafiq mövzular ətrafında geniş müzakirələr aparılıb, MDB ölkələrində texniki-peşə təhsili, təhsilin davamlı inkişafı və ixtisaslı fəhlə kadrlarının hazırlanmasının təkmilləşdirilməsi uzrə təkliflər qəbul olunub.


8 il əvvəl