• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Niderland Kralliği Senatinin sədri Rene Van der Linden Təhsil Nazirliyində olmuşdur.

Ölkəmizdə səfərdə olan Niderland Krallığı Senatının sədri Rene Van der Linden sentyabrın 8-də Təhsil Nazirliyində olmuşdur.
Görüşdə təhsil naziri Misir Mərdanov Azərbaycan-Niderland əlaqələrinin, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışmışdır. O, Prezident İlham Əliyevin ölkələrimiz arasında təhsil əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyini xatırlatmışdır.
Prezident Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclərin xaricdə təhsil alacağı universitetlərin sırasına Niderlandın 14 universitetinin daxil edildiyini vurğulayan nazir, bu sayı artırmaq barədə niyyəti olduğunu da diqqətə çatdırmışdır.
M.Mərdanov dövlətimizin hesabına Niderlandın ali məktəblərində 27 azərbaycanlı gəncin oxuduğunu bildirmişdir.
Görüşdən məmnun qaldığını qeyd edən Rene Van der Linden öz ölkəsinin təhsil sistemi, Niderlandın ayrı-ayrı universitetlərinin fəaliyyəti, müvafiq sahədə beynəlxalq əlaqələr barədə ətraflı məlumat vermişdir.
Niderlandda təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışan Rena Van der Linden azərbaycanlı gənclərin bu ölkədə təhsili üçün imkanlar olduğunu bildirmiş, ölkələrimiz arasında müvafiq sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini vurğulamışdır.
Görüşdə iki ölkə arasında təhsil əlaqələrinin inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılmışdır.
AzərTAc


8 il əvvəl