• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Avqustun 20-də Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunmuş tələbələrlə görüş keçirilib.

Tədbir iştirakçılarını və qonaqları salamlayan təhsil naziri Misir Mərdanov xaricdə təhsilin hər zaman prioritet məsələ olduğunu, hələ 1918-ci ilə qədər və Azərbaycan Xalq Cümhuriyyəti dövründə azərbaycanlıların dünyanın bir sıra ali məktəblərində təhsil aldıqlarını nəzərə çatdırıb. Nazir qeyd edib ki, ötən əsrin 70-80-ci illərində azərbaycanlı gənclərin SSRİ-nin müxtəlif şəhərlərinə oxumağa göndərilməsi daha intensiv xarakter alıb, hər il 1000-1500 tələbə ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə yola salınıb. Ulu öndərin ölkəmizin müstəqillik illərində də xaricdə ali təhsil alan gənclərə xüsusi diqqət göstərilməsini və onların dövlət qayğısı ilə əhatə olunmasını təmin etdiyini bildirən Misir Mərdanov hazırda ümumilikdə 10000-dən çox azərbaycanlının dünyanın ən nüfuzlu universitetlərində oxuduğunu vurğulayıb.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın 2007-ci ildən etibarən Təhsil Nazirliyi tərəfindən uğurla həyata keçirildiyini söyləyən nazir bildirib ki, Dövlət Proqramının əsas məqsədi rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsindən ibarətdir.
Dövlət Proqramının şərtlərinə əsasən həmin tələbələrin bütün xərclərinin dövlət tərəfindən ödənildiyini nəzərə çatdıran təhsil naziri proqramın icrasına başlandığı vaxtdan 512 nəfər gəncin təhsil almaq üçün müxtəlif xarici ölkələrə göndərildiyi barədə məlumat verib. Misir Mərdanov 2007-ci ildə 66, 2008-ci ildə 137, 2009-cu ildə 309 nəfərin Dövlət Proqramından bəhrələndiyini, 2010-cu ildə isə təxminən 200 nəfər tələbənin Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq üçün göndərilməsinin nəzərdə tutulduğunu bildirib.
Nazir Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrdən 32 nəfərin artıq məzun olduğunu, onların müxtəlif dövlət və özəl qurumlarda işlə təmin edildiyini söyləyib. Təhsil naziri hazırda Dövlət Proqramı çərçivəsində dünyanın 22 ölkəsinin yüksək reytinqə malik olan 154 ali məktəbində təhsilin müxtəlif pillələrində təhsil alan gənclərin doktorantura səviyyəsi üzrə sosial elmlər, mühəndislik, tibb və informasiya telekommunikasiya texnologiyaları, magistratura səviyyəsi üzrə iqtisadiyyat və idarəetmə, sosial elmlər, hüquqşünaslıq, informasiya telekommunikasiya texnologiyaları, mühəndislik, tibb və digər ixtisaslara üstünlük verdiklərini xüsusi olaraq qeyd edib.
Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunmuş tələbələri təbrik edən Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri, Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov gənclərə göstərilən etimadın özünü doğruldacağına, onların Azərbaycanın gələcək inkişafına layiqli töhfələr verəcəklərinə inandıqlarını bildiriblər.
Təhsil naziri respublikamızın kadrlara olan tələbatı nəzərə alınaraq növbəti tədris ilindən etibarən tələbələr xarici ölkələrə göndərilərkən informasiya texnologiyaları, mühəndislik, neft sənayesi, tibb, riyaziyyat, fizika, biologiya və kimya ixtisaslarına üstünlük veriləcəyini bildirib. Azərbaycanlı gənclərin yaxşı təhsil almaqla bərabər, oxuduqları ölkələrdə fəal olmalarının üstün cəhətlərinə toxunan nazir dünyada Azərbaycan həqiqətlərinin yayılmasında onların da üzərinə məsuliyyət düşdüyünü qeyd edib.
Sonda çıxış edən tələbələr göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildirib, onları maraqlandıran bir sıra məsələlərlə bağlı təkliflərini səsləndiriblər.


8 il əvvəl