Avqustun 19-da təhsil naziri Misir Mərdanov İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi əl-Barrak ilə görüşüb.
Azərbaycanla İraq arasında yüksək səviyyəli ikitərəfli əlaqələrin mövcud olduğunu bildirən Misir Mərdanov təhsil sahəsində də qarşılıqlı əməkdaşlığın inkişafının əhəmiyyətindən bəhs edib. Hələ keçmiş İttifaq zamanında müvafiq əlaqələrin olduğunu xatırladan nazir bu istiqamətdə münasibətlərin inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.
İraqın Azərbaycanla qarşılıqlı münasibətləri daha da yaxınlaşdırmaqda maraqlı olduğunu söyləyən səfir ölkəsinin xarici siyasətdə əsas götürdüyü sabit kursun dəyişmədiyini diqqətə çatdırıb. Heydər Şiyə Qubeyşi əl-Barrak yaxın zamanlarda İraqla Azərbaycan arasında elm, təhsil və bir sıra digər sahələrdə əlaqələrin inkişafına xidmət edən sazişin imzalanmasının nəzərdə tutulduğunu qeyd edib.
Görüşdə iki ölkə arasında tələbə mübadiləsinin aparılması perspektivləri müzakirə edilib və iraqlı tələbələrin respublikamızın ali məktəblərində təhsili ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
8 il əvvəl
Digər xəbərlər
-
Valideyn və şagirdlərin nəzərinə!
29.03.2024 - 11:50 -
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək
29.03.2024 - 10:58 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
28.03.2024 - 12:08 -
Məktəblərdə kibertəhlükəsizlik qaydaları ilə bağlı maarifləndirmə tədbirləri keçiriləcək
27.03.2024 - 17:50 -
Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti
27.03.2024 - 10:16