• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında bir və ya bir neçə fəndən qeyri-kafi qiymət almış şagirdlər növbəti dərs ilində qeyri-kafi qiymət aldıqları fəndən (fənlərdən) təkrar buraxılış imtahanı verirlər.

Şagird təkrar buraxılış imtahanında üzürsüz səbəbdən iştirak etmədikdə və ya yenə də qeyri-kafi qiymət aldıqda, növbəti dərs ilindən başlayaraq ekstern qaydasında bütün fənlərdən buraxılış imtahanı verir. Ekstern qaydasında buraxılış imtahanı vermək istəyənlər hər il aprelin 1-dən 20-dək müvafiq rayon (şəhər) təhsil şöbəsinə (idarəsinə) ərizə ilə müraciət edir və mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilməyən fənlər üzrə ilkin mərhələ imtahanlarını verirlər. Həmin şagirdlərin imtahana buraxılması barədə qərar qəbul edildikdən sonra müvafiq sənədlər (ilkin mərhələ imtahanlarının qiymətləri əlavə edilməklə) rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müşaiyətedici məktubu ilə mayın 25-dək Təhsil Nazirliyinə təqdim edilir.
Əvvəlki dərs ilində buraxılış imtahanı keçirilməyən bir və ya bir neçə fəndən qeyri-kafi qiymət aldığı üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanına buraxılmayan şagirdlər də hər il aprelin 1-dən 20-dək bitirdikləri məktəblərə ərizə ilə müraciət edir və rayon (şəhər) təhsil şöbəsi (idarəsi) tərəfindən müəyyən olunmuş məktəbdə qeyri-kafi qiymət aldıqları fəndən (fənlərdən) mərkəzləşdirilmiş qaydada ilkin mərhələ imtahanları verirlər. Onların imtahana buraxılması barədə qərar qəbul edildikdən sonra müvafiq sənədlər ilkin mərhələ imtahanlarının qiymətləri əlavə edilməklə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müşaiyətedici məktubu ilə mayın 25-dək Təhsil Nazirliyinə təqdim edilir.
Əvvəlki dərs ilində biliyi qiymətləndirilmədiyi üçün orta təhsil səviyyəsi üzrə buraxılış imtahanına buraxılmayan, habelə müxtəlif səbəblərdən ümumi və ya tam orta təhsil səviyyəsini vaxtında başa vura bilməyən və buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq istəyən şəxslər də ekstern yolu ilə imtahanlara buraxılırlar. Ekstern qaydasında buraxılış imtahanı vermək istəyənlər hər il aprelin 1-dən 20-dək müvafiq rayon (şəhər) təhsil şöbəsinə (idarəsinə) ərizə ilə müraciət edir və mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları verilməyən fənlər üzrə ilkin mərhələ imtahanlarını verirlər. Onların imtahana buraxılması barədə qərar qəbul edildikdən sonra müvafiq sənədlər ilkin mərhələ imtahanlarının qiymətləri əlavə edilməklə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müşaiyətedici məktubu ilə mayın 25-dək Təhsil Nazirliyinə təqdim edilir.


8 il əvvəl