Təhsil Siyasəti üzrə Şəbəkələr Mərkəzi tərəfindən Gürcüstan Respublikasında “Müasir dövrdə liderlik: keçid dövrünü yaşayan cəmiyyətlərdə təhsil liderliyi” mövzusunda yay məktəbi təşkil edilib.
Yay məktəbində Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin aparıcı məsləhətçiləri Vüqar Əbdülrəhimov, Natiq Əliyev, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin təhsil siyasəti üzrə proqram direktoru Elmina Kazımzadə, həmin mərkəzin ali təhsil üzrə proqram meneceri Raziyə İsayeva, Kurikulum Mərkəzinin böyük elmi işçisi Fəridə Hüseynova və Bakı şəhərindəki 193 nömrəli orta məktəbin ingilis dili müəllimi Təranə Böyükzadə iştirak edib. Məktəbin təşkilində əsas məqsəd təhsildə liderlik təcrübəsini öyrənmək, məktəb direktorlarının idarəetmə sahəsində peşəkarlıq səviyyəsini yüksəltmək, idarəetmənin təkmilləşdirilməsi istiqamətində müvafiq bilikləri əldə etmək, çevik və müasir idarəetmə bacarıqlarına yiyələnmək olub.
Yay məktəbində ölkəmizi təmsil edən nümayəndələrdən Elmina Kazımzadə, ABŞ-dakı Cənubi Konnektikut Dövlət Universitetinin professorları Ketrin Maqno, Listra Riçardson və ABŞ-dakı Viskonsin Universitetinin professoru Maykl Applın “Liderlər yeniliklərin təbliğatçısı kimi”, “Yeni əsr üçün yeni yanaşmalar”, “Tədqiqat liderliyin mühüm istiqaməti kimi” mövzuları üzrə məruzə və təqdimatları dinlənilib. Qeyd olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda, ayrı-ayrı qruplarda praktiki işlər həyata keçirilib.
Sonda ölkəmizi təmsil edən iştirakçılara Təhsil Siyasəti üzrə Şəbəkələr Mərkəzi tərəfindən sertifikatlar təqdim edilib.
8 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30