İyulun 7-də “Təhsil” Nəşriyyat-Poliqrafiya müəssisəsinin “Kitab evi”nin açılış mərasimi keçirilib.
İyulun 7-də “Təhsil” Nəşriyyat-Poliqrafiya müəssisəsinin “Kitab evi”nin açılış mərasimi keçirilib.
Açılış mərasimində təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri Bəxtiyar Əliyev, Nizami Cəfərov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, şair Çingiz Əlioğlu və digər tanınmış ziyalılar iştirak ediblər.
Öncə təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Kitab evi”nin rəmzi açılışını bildirən qırmızı lenti kəsib, açılış münasibətilə hamını təbrik ediblər.
“Təhsil” Nəşriyyat-Poliqrafiya müəssisəsinin baş direktoru Bəhruz Axundov mərasim iştirakçılarına rəhbərlik etdiyi müəssisə və “Kitab evi” haqqında məlumat verib. B.Axundov daha sonra bildirib ki, çoxsaylı peşəkar kollektivə, ən müasir poliqrafiya texnologiyasına malik olan “Təhsil” Nəşriyyat-Poliqrafiya müəssisəsi yeni standartlara və müasir kitab ticarəti normalarına cavab verən öz kitab yayım mərkəzini – “Kitab evi”ni təsis edib. “Kitab evi”ndə 1000-dən artıq adda müxtəlif nəşr nümunələrinin toplandığını söyləyən baş direktor burada, həmçinin, lazımi kitabı asanlıqla seçməkdə alıcıya kömək edəcək elektron kartoteka mərkəzinin fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, alıcı kataloq vasitəsilə istənilən kitab barədə məlumat ala bilər. O da bildirilib ki, istənilən şəxs “Kitab evi”ndə ölkəmizdə, eləcə də xaricdə nəşr olunmuş hüquq, uşaq ədəbiyyatı, bədii publisistik, elmi-kütləvi, ictimai-siyasi ədəbiyyat, dərslik və dərs vəsaiti, lüğət və ensiklopediyalar, həmçinin, dəftərxana və məktəb ləvazimatlarını əldə etmək imkanına malik olacaqdır.
Sonra təhsil naziri Misir Mərdanov və digər qonaqlar yeni açılmış “Kitab evi” ilə yaxından tanış olublar.
8 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30